Yuxarı

Ərdoğan-Putin görüşü: Bu şəhər azad olunur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Türkiyənin Afrinə hərbi müdaxiləsinə isti baxmır.

Bu sözləri Axar.az-a Rusiyada gerçəkləşəcək Ərdoğan-Putin-Ruhani görüşünü şərh edən poitoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, Türkiyə Suriya məsələsi ilə bağlı Rusiya və İranla Astana formatı çərçivəsində əməkdaşlıq edir və artıq bir sıra real addımlar atılıb:

“Məsələn, Suriyada 4 deeskalasiya zonasının yaradılması qərara alınıb. Həmin zonalardan üçünə Rusiya, birinə - İdlibə isə 3 ölkə birlikdə nəzarət etməlidir. Bu razılaşma çərçivəsində Türkiyə İdlib ərazisinə məhdud sayda hərbi kontingent yeridib. Lakin İdlib şəhəri hazırda Təhrir əş-Şam başda olmaqla, müxtəlif terrorçu qrupların nəzarətindədir və şəhərin azad olunması məsələsi qeyri-müəyyən qalıb. İdlibin necə, hansı qüvvələrlə və kimlər tərəfindən azad ediləcəyi yəqin ki, prezidentlərin üçtərəfli görüşündə əsas müzakirə mövzularından biri olacaq. Digər tərəfdən, Türkiyə İdlibə qonşu olan Afrində kürd PYD-YPG qruplaşmasının mövcudluğundan ciddi narahatdır. Prezident Ərdoğan dəfələrlə Afrinə müdaxilə edə biləcəklərini bəyan edib. Lakin Afrində rus əsgərləri də var və Moskva Türkiyənin oraya hərbi müdaxiləsinə isti baxmır. Ərdoğan üçtərəfli görüşdə bu məsələni qaldıra bilər”.

Politoloqun fikrincə, bu görüşdə ən vacib məsələ Suriyanın siyasi gələcəyi ilə bağlı olacaq:

“Məlumdur ki, Rusiya Suriya üçün konstitusiya layihəsi hazırlayıb. Həmin layihədə ölkənin faktiki olaraq muxtar bölgələrə ayrılması əksini tapıb və bu çərçivədə kürdlərə də status verilməsindən söhbət gedir. Əsəd rejimi də kürdlərə muxtariyyət verilməsini müzakirə etməyə hazır olduğunu açıqlayıb. Bu da Türkiyəni ciddi şəkildə narahat edən məqamlardan biridir. Üçtərəfli görüşdə bu məsələ gündəmə gələ bilər”.

Ş.Cəfərli bu arada önəmli bir məqama da toxunub:

“Suriya problemi Astana formatı çərçivəsində deyil, Cenevrə formatı çərçivəsində, yəni ABŞ-ın iştirakı ilə həll ediləcək. Bu məqam Putin və Trampın Vyetnamda açıqlanan birgə bəyanatında xüsusi vurğulanıb. Moskva bu addımı ilə hazırda iş birliyində olduğu Türkiyə və İranı narazı salıb. Təsadüfi deyil ki, Ərdoğan Soçiyə gedərkən hava limanında verdiyi açıqlamada Rusiya və ABŞ-ı Suriyadan öz hərbi qüvvələrini çıxarmağa çağırmışdı. Düzdür, Soçidə keçirilən mətbuat konfransında cənab Ərdoğan diplomatik dildən istifadə edərək, Putin və Trampın bəyanatını dəstəklədiyini bildirdi, lakin onun Cenevrə formatının ön plana çıxarılmasından məmnun olmadığı ortadadır. Üçtərəfli görüşdə yəqin ki, bu məsələ Türkiyə və İran tərəfindən gündəmə gətiriləcək”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 22-si Rusiyaya səfər edəcək.

İran dövlət başçısı Həsən Ruhaninin də Moskvaya gedəcəyi gözlənilir.

Tarix
2017.11.17 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla