Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


Onların Qarabağa qanunsuz səfəri... - Meksika KİV-i

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri Meksika-Azərbaycan münasibətlərinə zərər yetirir.

Axar.az xəbər verir ki, Meksikanın Excelsior qəzeti Meksika deputatlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərinin Meksika-Azərbaycan münasibətlərinə zərər verməsi haqqında yazıb.

Qeyd olunur ki, Azərbaycanın Meksikadakı səfirliyi “Morena” Milli Dirçəliş Hərəkatı və Demokratik İnqilab Partiyasından (PRD) olan deputatlar - Marqarita Kuata, Karlos Hernandes Miron və Mariya Kristina Bravonun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə icazəsiz səfərini onların səlahiyyətlərini aşması hesab edir. Deputatlar Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər: “Deputatlar oktyabrın 21-dən 28-dək Ermənistan-Meksika Dostluq Qrupunun səfəri çərçivəsində Ermənistanda olmalı idi, lakin burada olarkən Azərbaycan ərazisi olan və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna səfər ediblər və bu da Azərbaycan tərəfinin hiddətli reaksiyasına səbəb olub”.

Məqalədə vurğulanır ki, Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov oktyabrın 25-də rəsmi məktubla müraciət edərək Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marindən bu səfərin araşdırılmasını tələb edib. O, bu provokativ və qəbuledilməz hərəkətin Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna zidd olduğunu və həmin münasibətlərə zərər yetirmək məqsədi daşıdığını deyib.

Həmçinin nüfuzlu “Milenio” qəzeti yazır ki, solçu (müxalifətçi) deputatlar Azərbaycanla diplomatik konfliktə səbəb olub: “Həmin səfər Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə həyata keçirilib. Meksika tərəfindən qrupun həmsədri Marqarita Kuatanın Ermənistanı dəstəkləyən bəyanatlar və Azərbaycan tərəfindən icazə olmadan bu ölkənin ərazisinə səfərləri deputatların “persona non qrata” elan edilməsinə gətirib çıxarıb. Azərbaycan tərəfindən təqdim olunmuş məktubda qeyd olunur: “Adıçəkilən meksikalı deputatlar tərəfindən bu provokativ və qəbuledilməz hərəkət Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna ziddir və onun məqsədi şübhəsiz ki, həmin münasibətlərə zərər yetirməkdir”.

Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri deputat Viktor Giorxana Azərbaycan tərəfinin məsələ ilə bağlı çox ciddi narahatlığını təsdiqləyib və Deputatlar Palatasından həmin səfərin pislənilməsini tələb etdiyini deyib. Eyni zamanda, o, məsələnin həll olunacağını söyləyib və Deputatlar Palatası rəhbərliyinin sözügedən səfərin qeyri-rəsmi xarakter daşıdığını vurğulayıb. O, deputatların məsələnin incəliyindən xəbərdar olmalı olduqlarını deyərək bildirib: “Ermənistana səfər etdikdə digər ölkənin işğal olunmuş ərazisinə keçərkən bunun nə nəticələrə gətirib çıxara biləcəyi barədə düşünməli idilər”.

Nüfuzlu “El Universal” qəzeti isə yazır ki, meksikalı deputatlar Azərbaycanın protestinə səbəb olub: “Federal deputatlar Marqarita Kuata (Morena), Karlos Hernandes Miron (Morena) və Mariya Kristina Bravo (PRD) 1992-ci ildən Ermənistanın hərbi işğalı altında olan Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin icazəsi olmadan qeyri-qanuni səfər ediblər. Bu səbəbdən Azərbaycanın Meksikada səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Xarici Əlaqələr Katibliyinin (Xarici İşlər Nazirliyi) Avropa Baş İdarəsinin rəisi ilə görüş xahiş edib. Görüşdə o, “Azərbaycanın işğal olunmuş ərazilərinə Azərbaycan qanuncvericiliyi və Meksika Xarici Əlaqələr Katibliyinin rəsmi səhifəsində regiona səfərlə bağlı xəbərdarlıqlara məhəl qoymadan” səfərlə bağlı ciddi narahatlığını ifadə edib. Deputatlar oktyabrın 21-dən 28-dək Ermənistan parlamentində Ermənistan-Meksika Dostluq Qrupunun həmsədri Karen Avakyanın təşəbbüsü ilə Ermənistanda olub. Azərbaycan nümayəndəsi meksikalı deputatların münaqişədən xəbərli olmalı olduqlarını deyərək, bu kimi halların gələcəkdə qarşısının alınması üçün həmin qeyri-qanuni səfərin araşdırılması və Meksikanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyini bir daha səsləndirilməsini xahiş edib.

Bununla bağlı Xarici Əlaqələr Katibliyi Deputatlar Palatasının sədri Karlos Ramirez Marinə göndərilən məktubda deyilir: “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə BMT tərəfindən baxılıb. Bununla bağlı BMT TŞ 1993-cü ildə dörd qətnamə qəbul edib. Bu qətnamələrdə ilk növbədə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tanınır, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı təsdiqlənir, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb edilir”.

Bundan başqa bir sıra digər media resursları, o cümlədən radio vasitəsilə bu məsələ işıqlandırılıb:

http://www.20minutos.com.mx/noticia/298598/0/preocupa-a-azerbaiyan-visita-ilegal-de-diputados-de-morena-y-prd/; http://www.ejecentral.com.mx/diputados-de-prd-y-morena-causan-conflicto-diplomatico-con-azerbaiyan/

Tarix
2017.11.18 / 00:11
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Nazarbayev Trampla Putin arasında vasitəçilik edir?

Davos İqtisadi Forumu: Prezidentin inanılmaz hədəfləri...

Səfirimizə prezidentin təltif etdiyi orden təqdim edildi - Foto

İlham Əliyevin vəzifəyə təyin etdiyi Nəcəfov kimdir?

Səfir qonşu ölkədə azərbaycanlılarla görüşdü - Foto

XİN-dən BMT baş katibinin Qarabağ çağırışına - Reaksiya

FHN-dən alpinistlər barədə: davam edir...

DİN-dən əməliyyat: 400 dini kitab müsadirə edildi

AXC: 20 minlik qoşun Xocalını azad edib - Məmmədzadə

İlham Əliyev 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla