Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2018


Putinin Qarabağ ümidsizliyinin əsas - Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalı altında olan 5 rayonun Azərbaycana qaytarılması ilə bağlı məsələ yeni deyil. Türkiyə prezidentinin açıqlamasından belə aydın bəlli olur ki, 5 rayonun qaytarılması ilə bağlı qərar, yaxud razılaşma var.

Bu sözləri Axar.az Türkiyə prezidentinin Qarabağla bağlı açıqlamasını şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik mətbuatda “işğal altında olan yeddi rayondan beşinin qaytarılması” təqdimatını doğru saymayıb:

“Azərbaycanın işğal edilmiş əraziləri deyildikdə bu inzibati ərazi subyektləri nəzərdə tutulmalıdır: Hadrut, Xocalı rayonu, Xankəndi, Şuşa, Ağdərə, Xocavənd, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Qazax rayonunun işğal altında olan əraziləri və Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Kərki kəndi. Yəni təkcə Dağlıq Qarabağ adlanan ərazinin ətrafındakı inzibati subyektləri deyil, Dağlıq Qarabağın özü də işğal altındadır. Ərdoğanın Putinin ümidsizliyi və bu ümidsizliyin tərəflər arasındakı münasibətdən qaynaqlanması ilə bağlı fikirlərinə gəldikdə, bunu diplomatik cavab kimi dəyərləndirmək olar. Türkiyə prezidenti ümidsizliyin gerçək səbəblərini kifayət qədər yaxşı bilir və təbii ki, bu səbəblərin bir dövlət başçısı tərəfindən açıq şəkildə ifadə olunması mümkün deyil”.

E.Mirzəbəyli qeyd edib ki, Putinin “ümidsizliyi” və susqunluğu Rusiyanın bu prosesdən götürmək istədiyi dividentlərlə bağlıdır:

“Təsəvvür edin, qonşunuz sizin həyətinizin bir hissəsini qanunsuz olaraq zəbt edib, bütün məhkəmə qərarları sizin lehinizədir və qərarın yerinə yetirilməsi üçün icraçı, yaxud icraçılar müəyyənləşib. İcraçı isə məhkəmə qərarının yerinə yetirilməsinin əvəzinə həm qəsbkarın, həm də özünün qazanmasına çalışır. Maksimalist deyiləm, reallıqları da yaxşı başa düşür və dəyərləndirirəm. Amma indiki halda Rusiyanın münaqişənin tam və ədalətli həllində maraqlı olmadığı göz qabağındadır. Əslində, bu gün prosesi dəyərləndirmək üçün bir çox məsələlər açıq qalıb. Yaxşı, deyək ki, 5 rayon Azərbaycana qaytarılır və bunun müqabilində Ermənistanla kommunikasıya bərpa olunur, işğalçı ölkə regional layihələrdə iştirak edir, hətta Türkiyə ilə də birbaşa əlaqələrini genişləndirir. Bəs o zaman Rusiya bu 5 rayonun qarşılığında hansı şərtlərlə çıxış edir? Azərbaycanın işğal altında olan digər ərazilərinin taleyi necə olur? Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi nə vaxta qalır? Prosesə kimlər və hansı öhdəliklərlə zəmanət verir? Bu sualların sayını artırmaq olar, amma bu onsuz da mürəkkəb olan mənzərəni daha da mürəkkəbləşdirə bilər. Yaranmış vəziyyətdə yeganə ümidverici məqam Türkiyənin bu prosesdə fəal mövqe sərgiləməsidir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Prezident Putinlə Qarabağ məsələsini müzakirə etdiyini, lakin Putinin bu məsələnin həllinə ümid bəsləmədiyini bildirib.

Tarix
2017.11.18 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Netanyahu İlham Əliyevlə görüşəcək

Neft və qaz bir gün tükənəcək - Prezident

İlham Əliyev Piqas və Şvarzmanla görüşdü - Foto

Bakı-Tiflis-Qars bizim xəritəni dəyişdi - Kvirikaşvili

Prezident Davosda açıqladı: Bu, qətiyyən belə deyil...

Makrondan Qarabağ açıqlaması: Tez bir zamanda...

Bakı və Ankara Qarabağda ildırımsürətli... - Safrastyan

İlham Əliyev Səudiyyə Ərəbistanı naziri ilə görüşdü - Foto

Samuelsen: AŞ Qarabağla bağlı bunu edə bilər - Video

Prezident xanım Debonla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla