Ana səhifə Gündəm |
Millət vəkili Q.Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavi ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə millət vəkili Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş danışıb.
Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkaviyə məlumat verib. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün fəal qadınlar 20 ildən artıqdır öz evinə dönə bilməyən və hələ də məcburi köçkün həyatı yaşayan qadınların yanında olmalıdır və onların evlərinə dönməsi istiqamətində hər zaman və hər platformada səsini ucaltmalıdır.
Millət vəkili Q.Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavini Azərbaycana dəvət edib.
Tarix
2017.11.19 / 00:11
|
Müəllif
Aytac Araz
|