Yuxarı

Dünyanın diqqəti Soçidə: Ərdoğan və Ruhani...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və İraqda ümumi vəziyyət hələ də gərgin olaraq qalır.

Bu sözləri Axar.az-a Rusiyada gerçəkləşəcək Ərdoğan-Putin-Ruhani görüşünü şərh edən poitoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Suriya və İraqın terrorçu qruplardan təmizlənməsi qismən baş tutsa da, bu iki dövlətin ərazisində sabitlik hələ tam bərqərar olmayıb:

“Çünki ayrı-ayrı qruplar bu bölgələrdə müxtəlif manevrlərlə özləri üçün yeni mücadilə xətti tapırlar. Bu isə Suriya və İraqdakı mövcud silahlı qüvvələrin həmahəng fəaliyyətini labüd edir. Söhbət Rusiya, Türkiyə və İrandan gedir. Astana prosesində bu üç dövlətin siyasi dialoqu fonunda Suriyada mötədil qrupların iştirakı ilə keçid dövrünü reallaşdırmaq üçün müxtəlif tədbirlər nəzərdə tutulub. Ancaq məsələnin qəlizliyi ondan ibarətdir ki, Suriyada qarant ölkələr rolunda çıxış edən Rusiya, İran və Türkiyənin silahlı qüvvələri bölgədə koordinasiya tədbirləri həyata keçirilməlidir. Yalnız bu halda proses hərbi müstəvidən siyasi müstəviyə keçə və bununla da ümumi həll bərqərar oluna bilər”.

Politoloqun fikrincə, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan 4 saatlıq müzakirəsi Suriyadakı vəziyyətin gərgin olaraq qalmasından xəbər verir:

“Aydındır ki, bölgədə silahlı qüvvələrin məhdudlaşdırılması, xarici ölkələrin hərbi təmsilçilərinin say etibarilə azaldılması kimi problemlər qalmaqdadır. Bilirsiniz ki, İranın da bölgədə öz maraqları var. Danışıqlar nəticəsində Suriyada deeskalasiya zonalarının möhkəmlənməsi qərara alınıb. Eləcə də hazırda bölgədə Hizbullah dəstələrinin mandatı İranın əlindədir. Bu baxımdan da Rusiya, Türkiyə və İranın Astana çərçivəsində artıq hərbi məsələləri aşması keçid dövrünün ən vacib tələblərindəndir. Bu baxımdan da Ərdoğan, Putin və Ruhaninin Rusiya görüşündən və Soçidə qəbul ediləcək qərarlardan çox şey asılı olacaq. Bu üç ölkənin ən problemli məqamlar ətrafında konsensusa gələcəyi ilə bağlı gözləntilər böyükdür”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran dövlət başçısı Həsən Ruhani noyabrın 22-si Rusiyaya səfər edəcək. Rusiya, Türkiyə və İran rəhbərlərinin Soçidə baş tutacaq üçtərəfli görüşündə Suriya böhranın həlli müzakirə ediləcək.

Tarix
2017.11.20 / 14:34
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla