Yuxarı

Əli Həsənov: "Bununla oynamaq olmaz" - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın təşəbbüsü ilə keçirilən bu Beynəlxalq Forum ərazi bütövlüyü pozulmuş, əhalisi öz yurd-yuvasından didərgin salınmış xalqlara, dövlətlərə və onların apardığı mübarizəyə dəstək olacaq.

Axar.az xəbər verir ki, bu sözləri noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.

Prezidentin köməkçisi bildirib: “Biz uzun illərdir Avropaya, dünyaya xəbərdarlıq edirdik ki, etnik separatizmlə oynamaq olmaz. Etnik separatizmlə oynamaq sonda xalqlar və dövlətlər arasında münaqişəyə gətirir, qanlı münaqişələr törədir və bunun nəticəsində də insanlar əziyyət çəkir. Azərbaycan neçə illərdir ki, bu əziyyətin hər üzünü görüb - didərginliyi də, qaçqınlığı da, məcburi köçkünlüyü də, minlərlə insanın qətlə yetirilməsini də, insanların evsiz-eşiksiz qalmasını da. İndi Avropa öz üzərində bu təhlükəni, etnik separatizmlə oynamağın acı nəticələrini görəndən sonra bizim haqq səsimizə səs verdi. Bugünkü Forum bunun əyani təsdiqidir. İspaniyanın ərazi bütövlüyü onun milli haqqıdır, dövlətin milli hüququdur və heç kim tərəfindən pozula bilməz. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Düşünürəm ki, Avropa İttifaqı İspaniyanın ərazi bütövlüyünün dəstəklənməsində yekdillik nümayiş etdirdiyi kimi, eynilə digər xalqların, dövlətlərin həyatında baş verən etnik separatizmə də adekvat münasibət sərgiləyəcək, Azərbaycanın ərazi bütövlüyünü indiyədək necə tanıyırdısa, bundan sonra da tanıyacaq. Amma ərazi bütövlüyünün tanınması ilə məsələni bitmiş hesab etmək olmaz. İnanırıq ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü pozmuş, torpaqlarını işğal etmiş Ermənistana qarşı daha təsirli tədbirlər görəcək, bu işğalçı dövlətə ciddi ictimai qınaq nümayiş etdirəcək.

Tarix
2017.11.20 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla