Yuxarı

Millət vəkilindən həyəcan təbili: səhiyyədə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəsətliklərin sayı artır, eyni zamanda, xəstəliklər getdikcə daha da cavanlaşır. İnsanların icbari tibbi sığortaya ehtiyacı var. Bu prosesi surətləndirmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında deyib. O bildirib ki, icbari tibbi sığortanın ölkədə geniş tətbiqi həllini gözləyən ən vacib məsələlərdən biridir və müvafiq qurumlar bu sahədə ciddi addımlar atmalıdır:

“İki rayonda pilot layihə həyata keçirildi. 2018-ci ildə nə qədər rayonda icbari tibbi sığorta tətbiq olunacaq və neçənci ilə qədər bütün ölkədə tətbiq olunmağa başlayacaq? Çünki buna çox ehtiyac var. Müvafiq qurumlar tərəfindən icbari tibbi sığortanın tətbiqi məsələsinə ciddi önəm verilməlidir”.

Millət vəkili qeyd edib ki, ölkədə icbari tibbi sığortanın geniş şəkildə tətbiqinə böyük ehtiyac var:

”Bu gün icbari tibbi sığorta həllini gözləyən ən vacib problemlərdən biridir. Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Bu istiqamətdə işlər sürətlənməlidir. Aidiyyəti nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq".

Tarix
2017.11.22 / 07:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla