Yuxarı

Türkiyə niyə Rusiyaya meyil edir? - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən Türkiyənin Qərblə münasibətlərinin pisləşməsi fonunda təklənməsi, buna görə də Rusiyaya yaxınlaşması, Rusiyanın Türkiyəyə daha çox lazım olması barədə fikirlər səslənsə də, bununla tam razılaşmaq olmaz. Türkiyə özü də Rusiyaya Suriyadakı islamçı qrupların nəzarət altına alınması, İdlibdə və digər bölgələrdə gərginlikdən azad zonaların yaradılması və sülhün təmin olunması, bununla da ABŞ və NATO-nun Suriyadakı planlarına zərbə vurmaq üçün lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Soçidə Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə baş tutacaq Suriya sammitinin nəticələri ilə bağlı məsələyə münasibət bildirərkən deyib. O bildirib ki, Antalyada keçirilən Türkiyə, Rusiya, İran xarici işlər nazirlərinin toplantısı prezidentlərin Soçi sammitində müzakirə edəcəyi məsələlər ətrafında müəyyən ziddiyyətlərin olduğunu göstərdi:

“Lavrov bütün məsələlər üzrə razılığa gəlindiyini bəyan etsə də, bir sıra məsələlər tərəflər arasında fikir ayrılığına səbəb olaraq qalmaqda davam edir.

Türkiyə, Rusiya və İran arasında Əsədin hakimiyyətdə qalması, əsasən Rusiyanın nəzarətində olan Afrindəki kürd döyüşçülərinə qarşı Türkiyə Silahlı Qüvvələrinin əməliyyat aparması, Rusiyanın Suriyanın gələcəyi ilə bağlı təkbaşına konfrans təşkil etməsi, həmin konfransa PYD/YPG nümayəndələrinin dəvət olunması və başqa məsələlər var. Prezidentlərin sammitindən əvvəl xarici işlər nazirlərinin, daha sonra isə Baş Qərargah rəislərinin görüşünün keçirilməsi onu deməyə əsas verir ki, sammitdə əsas məsələlərdən biri də hərbi tərəfdaşlıq olacaqdır”.

Politoloq qeyd edib ki, Rusiya münaqişənin silahlı qarşıdurma dövrünün bitdiyini və artıq siyasi həll yollarının zamanının gəldiyini desə də, Türkiyə terrorla mübarizənin davam edəcəyini bildirir:

“Türkiyənin ABŞ-la münasibətlərinin gərgin olması onu hazırda Rusiya ilə yaxınlaşmağa vadar edir. Lakin Rusiya artıq həm diplomatik müstəvidə, həm də Suriya ərazisindəki döyüş bölgələrində, xüsusilə deeskalasiya zonalarında Türkiyənin kürd terrorçularına qarşı mübarizəsinə mane olur. Bütün bunlara baxmayaraq, Türkiyə Rusiya ilə münasibətlərini yaxşılaşdırmaqda maraqlıdır. Çünki ABŞ-dan fərqli olaraq, Rusiya Türkiyənin daxili işlərinə qarışmır, eyni zamanda, Suriya və İraqda Türkiyənin müəyyən haqlarını qəbul edir və onunla ortaq əməkdaşlıq planları həyata keçirir. Soçi sammitindən əvvəl Rusiya noyabr ayında Astana sammitinə kürd silahlı müxalifətinin nümayəndələrini dəvət etmək fikrində idi. Lakin Türkiyə tədbiri boykot edəcəyini bildirdikdən sonra Rusiya həmin tədbirin əvəzində təcili Soçi sammiti çağırmağa məcbur oldu. Suriyada kürdlərin Amerikaya daha çox etimad bəsləməsindən narahat olan Rusiya bu etnik qrupu öz tərəfinə çəkməyə çalışır. Lakin o, bu məsələdə Türkiyənin güclü müqaviməti ilə qarşılaşır”.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə Soçidə Suriya böhranının həlli ilə bağlı sammit keçiriləcək.

Tarix
2017.11.22 / 14:18
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla