Yuxarı

Azərbaycan dünya birliyinə kömək etməyə... - Nəzərova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum, hesab edirəm ki, Azərbaycanın xeyirxah missiyasını və onun bu şər qüvvəyə qarşı mübarizədə dünya birliyinə kömək etməyə hazır olduğunu növbəti dəfə təsdiq edib.

Axar.az xəbər verir ki, bu sözləri Finlandiyadakı Azərbaycan diasporunun başçısı, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin başçısı Təranə Nəzərova Azərtac-ın müxbiri ilə söhbətində söyləyib.

T.Nəzərova qeyd edib ki, Azərbaycan əzəli torpaqlarımızda kök salmış təcavüzkar erməni separatizminin 20 ildən çoxdur qurbanıdır. Bu fikri forumun bütün gedişi zamanı Avropa ölkələrinin parlament nümayəndələri, görkəmli siyasətçilər səsləndiriblər.

Brüssel Konfransına T.Nəzərova ilə birlikdə Finlandiya parlamentinin deputatları Tom Paçkalen və Antero Eyerola da dəvət olunublar.

Forumun çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan T.Nəzərovanın sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı birmənalı şəkildə bu irimiqyaslı tədbirin mühüm məqamı olub. Ölkəmizin üzləşdiyi etnik separatizm barədə həqiqətləri Avropa birliyinin görkəmli nümayəndələrinə çatdıran Ə.Həsənov aparıcı beynəlxalq təşkilatlara müraciət edərək, onları etnik separatizmin aradan qaldırılmasını nəzərdə tutan hüquq normalarına dünyanın bütün dövlətləri tərəfindən riayət olunması məsələsinə daha həssas yanaşmağa çağırıb.

Konfrans başa çatandan sonra finlandiyalı deputatlar foruma dəvət olunduqlarına görə təşəkkür ediblər. Onlar təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıblar ki, separatizmlə üzləşən ölkələrin reallıqlarını çatdıran və optimal qərarların axtarışına kömək edən belə qlobal tədbirləri tez-tez keçirmək lazımdır.

T.Nəzərova deyib: “Tədbir çərçivəsində deputatların çoxu ilə, keçmiş baş nazirlər və prezidentlərlə söhbət etdim. Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun Azərbaycan xalqı haqqında xoş sözləri xüsusilə yaddaqalan oldu. V.Yuşenko dahi şəxsiyyət saydığı ulu öndər Heydər Əliyevlə görüşü barədə xatirələrini bölüşdü. Sabiq prezidentin fikrincə, Azərbaycanın bəxti gətirib ki, İlham Əliyev kimi lideri var. Onun müdrik rəhbərliyi ilə bu gün Azərbaycan inamla irəliləyir, dünyanın siyasi arenasında onun çəkisi ildən-ilə artır”.

Tarix
2017.11.22 / 22:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla