Yuxarı

ABŞ uduzdu: Rusiya bu bölgəni ələ keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya böhranı zahirən həll edilmiş görünsə də, qarşıda ciddi ekstent və qarşıdurmalar qaçılmazdır.

Bu sözləri Axar.az-a Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi görüşünün yekununu şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, görüşdə 8 maddəlik təkliflər paketinin irəli sürülməsi müharibənin bitdiyi anlamına gəlmir:

“Söhbət silahlı müxalifətlə birlikdə ümummilli inkişaf platforması hazırlamaqdan və yeni seçki qanunu əsasında cəmiyyətin bütün təbəqələrinin içtirakı ilə keçiriləcək seçkilərdən gedir. İşin ən qəliz tərəfi isə odur ki, bu seçkilərin şəffaf keçəcəyi ciddi sual altındadır. Ən mühüm məqam da proseslərdən Rusiyanın qalib çıxmasıdır. Əvvəla, Moskva Əsədi hakimiyyətdə saxlaya bildi, ikincisi, Rusiya Suriyanı nəzarət altına alan əsas və yeganə qüvvəyə çevrildi. Təsadüfi deyil ki, artıq Rusiya Suriyada mövcud olan hərbi dəniz bazasından əlavə bazalar yaratmağı planlaşdırır. Rusiya Türkiyə və İrandan istifadə edərək Yaxın Şərqdə mühüm bir dövlətdə hakim mövqeləri ələ keçirdi. Bu məsələdən İranın da razı qalacağı qənaətindəyəm. Çünki Tehran da Suriyada köhnə mövqelərini bir az inkişaf etdirdi. İran Suriyada müəyyən bazalar yaratmaq imkanı əldə edib və bu bazaların artıq bünövrəsini də qoyub. Üstəlik, İran Livanda Hizbullahla yaxın əlaqələrini genişləndirəcək və buradan İsraili daim təhdid altında saxlayacaq. Əgər Rusiya Suriyada daha çox uddusa, İran da ondan heç geri qalmadı”.

Politoloqun fikrincə, Türkiyə proseslərdə Rusiya və İranın mövqelərinin möhkəmlənməsinə xidmət etməkdən o yana keçmədi:

“Kifayət qədər nüfuzlu mövqelərdə dayanan kürdlər bu ümummilli qüvvələrin işində aparıcı mövqelərdən birinə sahibləndilər. Zənnimcə, Türkiyənin Suriyanın şimalında, Afrində kürd peşmərgələrinə qarşı

hərbi əməliyyatlara başlaması ciddi rezonans doğura, ABŞ-ın etirazına səbəb ola bilər. Proseslərə Rusiyanın, müəyyən qədər də İranın hökmranlıq etməsi ABŞ-ın da ürəyincə deyil. Hesab edirəm ki, ABŞ-ın ciddi narahatlıqları bundan sonra başlayacaq. Çünki Suriyadakı kürdlərə təsir məsələsində bütün iplər Rusiyanın əlinə keçib. Suriya məsələsində uduzan tərəflərdən biri də NATO-dur. Yeni status-kvo ilə nəinki Türkiyənin, eləcə də Qərbin və ABŞ-ın barışacağını gözləmək sadəlövhlük olardı”.

Tarix
2017.11.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla