Yuxarı

Türkiyə S-400-dən imtina edə bilər? – Sanksiya hədəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda bu məsələ Türkiyəni ciddi narahat etmir.

Bu sözləri Axar.az-a ABŞ-ın Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaların Türkiyəyə təsiri məsələsini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Türkiyə və Rusiya silah istehsalçıları arasında birbaşa əməkdaşlıq olmadığından hələ ki sanksiyalar Ankara üçün böyük təhlükə kəsb etmir:

“Silah alışı ilə silah əməkdaşlığı tamamilə fərqli anlayışlardır. Məsələn, Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alsa da, bu ölkə ilə birbaşa silah əməkdaşlığı yoxdur. O üzdən hazırda bu məsələ Türkiyəni narahat etmir”.

Buna baxmayaraq, politoloq Türkiyə ilə yanaşı, Rusiyadan silah alan digər ölkələrin seçim qarşısında qala biləcəklərini istisna etməyib:

“Çox güman ki, Türkiyə və digər bir sıra ölkələr öz yanaşmalarında seçim etməli olacaqlar. Əgər Rusiya ilə ticarət mübadiləsi, yaxud da bu istiqamətdə iqtisadi əlaqələr qurmaq Türkiyəyə sərf edəcəksə və gəlirlər itkiləri üstələyəcəksə, onda Ankara Moskva ilə əməkdaşlığa davam edəcək. Əks təqdirdə, yəni biznes, kommersiya prinsipləri Türkiyənin xeyrinə olmazsa, Ankaranın bu əməkdaşlıqdan vaz keçmə ehtimalı böyükdür”.

Qeyd edək ki, ABŞ-ın Rusiya müdafiə sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara Rusiyanın 33 şirkəti daxil edilib. Bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumların da sanksiyaların təsirinə məruz qalacağı qanunda əksini tapıb.

Türkiyə isə bu il Rusiyadan S-400 zenit raket kompleksinin təchizatı ilə bağlı 2 milyard dollar dəyərində müqavilə imzalayıb.

Tarix
2017.11.24 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla