Yuxarı

Sərkisyan bu gün Qarabağ etirafı edəcək? - İrəvan şokda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir.

Publika.az xəbər verir ki, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq Qarabağla bağlı açıqlamalar verdi.

Ermənistan Prezidenti Serj Sərkisyan da sammitdə iştirak edir. Sərkisyanın Brüsselə səfəri daha çox Avropa İttifaqı və Ermənistan arasında sazişim imzalanmasına hesablanıb. Lakin Rusiyanın təzyiqləri fonunda bunun baş tutacağı ehtimalı zəifdir.

Sərkisyanın bu gün Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə məcbur dəstək verəcəyi ehtimalı isə böyükdür. Söhbət sammitdə qəbul ediləcək qətnamədən gedir.

Məlumatlara görə, qətnamənin ikinci bəndində ərazi bütövlüyünə dəstək punktu yer alacaq və Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunacaq. Aİ-nin əsas hədəfi son dövrlər Avropada Kataloniyadan başlayan separatizmin qarşısının alınmasıdır. Lakin bu, həm də Şərq Tərəfdaşlığı ölkələrindən Azərbaycanın, Ukraynanın və Gürcüstanın da ərazi bütövlüyünün dəstəklənməsidir.

Ermənistan mediası yazır ki, bu, İrəvana qarşı böyük zərbə olacaq.

“Bu, Şərq Tərəfdaşlığı sammitində Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşan Ermənistana böyük zərbədir”, - “Jamanak” qəzeti yazıb.

Tarix
2017.11.24 / 14:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla