Yuxarı

Avropadakı azərbaycanlılar aksiyaya başladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-də Avropadakı azərbaycanlılar Belçika Krallığının paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Axar.az xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi aksiyada 250 nəfərə yaxın soydaşımız iştirak edib.

Aksiyanın məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır. Əllərində Azərbaycan bayraqları tutan mitinq iştirakçıları münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı və terror aktları, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndiriblər.

İki saat davam edən aksiyanın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Avropa İttifaqının, ümumiyyətlə bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanat qəbul edilib.

Bəyanatda Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığı, on minlərlə insanın qətlə yetirilməsinə səbəb olduğu vurğulanır. Avropada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrəti təlqin edən fəaliyyətindən dərin narahatlığını ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırıb. Bəyanatda, həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən "Böyük Ermənistan" xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün böyük təhdidə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur.

Qeyd edək ki, aksiyada Avropada fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tarix
2017.11.24 / 19:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla