Yuxarı

"Azərbaycana öz sərvətini bölüşməyə kömək ediləcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya Bankı Azərbaycanla birgə tərəfdaşlıqla bağlı çərçivə sənədi hazırlayır. Bu sənəd 2015-ci ilin ortalarında təqdim olunacaq".

Bu barədə Dünya Bankının regional direktoru Henri Kerali deyib.

O, bildirib ki, sənəddə əks olunacaq əsas məqsədlər insan resurslarının, infrastrukturun inkişafını və dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi məsələlərinin dəstəklənməsi olacaq:

"Strategiyada biz Azərbaycandakı bütün sahələrə diqqət yetirəcəyik. Hansı sahələrin inkişafa ehtiyac olduğunu müəyyən edəcəyik. Biz ölkədə iqtisadi inkişafı daha da gücləndirmək məqsədilə Dünya Bankı Azərbaycan höküməti ilə birgə atacağı addımları müzakirə edəcəyik. Biz Dünya Bankının Azərbaycan iqtisadiyyatına 6 illik dəstəyi ilə bağlı proqramı gözləyirik ki, bu da Azərbaycana öz sərvətini bütün vətəndaşlarla bölüşməyə kömək edə bilər".

Henri Kerali jurnalistlərin "Azərbaycanla bağlı Dünya Bankının proqnozları hansılardır?" sualına isə cavab vermək istəməyib. O, bunu öz arqumentləri ilə belə izah edib:

"Hal-hazırda biz maliyyə sektorunun ümumi vəziyyəti ilə bağlı araşdırma aparırıq. Bu araşdırmanı yekunlaşdırmayana qədər biz bank sektoru ilə bağlı hər hansı bəyanatla çıxış edə bilmərik. Biz bank sektorunun fəaliyyəti ilə bağlı 2015-ci ilə planlaşdırdığımız qiymətləndirməni aparmalıyıq və bundan sonra geniş məlumat verə bilərik", - deyə Henri Kerali bildirib.

ANS

Tarix
2014.07.05 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla