Yuxarı

Sərkisyanın Xankəndi səfəri və “hərbi müşavirə”nin – Səbəbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Avropa Birliyinin Şərq Tərəfdaşlığının yekun bəyannaməsi, eləcə də Bakıda keçirilən “Asiyanın qəlbi - İstanbul prosesi”ndə iştirak edən nüvə dövləti olan Pakistan, NATO üzvü olan Türkiyə Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, Ermənistan Prezidenti Serj Sərkisyanın Qarabağa səfərinin Minsk görüşündən dərhal sonraya təsadüf etməsi Rusiya ilə Ermənistan arasında Belarusda müəyyən məsələlərin müzakirə olunduğunu deməyə əsas verir:

“Sərkisyanın ilk növbədə həmin təlimatlar və qərarlarla bağlı şəxsən Qarabağa səfəri məntiqli görünür. Digər tərəfdən, KTMT-nin Minsk görüşündə münaqişəni həll olunmağa qoymayan, praktikada eyni vaxtda tətbiqi mübahisə yaradan ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini bir daha dəstəkləməsi Ermənistana münaqişənin həllində Rusiyanın onun tərəfində olduğu mövqeyini yenə xatırlatdı. Mümkündür ki, Sərkisyan həm Minsk görüşündə Qarabağla bağlı aparılan müzakirələrlə bağlı separatçı rejim rəhbərliyini və hərbi heyəti məlumatlandırmaq, eyni zamanda, diplomatik müstəvidə qəbul olunan qərarların hərbi müstəvidə də güc vasitəsilə dəstəklənəcəyini göstərmək üçün bu qeyri-qanuni səfəri edib”.

Politoloq qeyd edib ki, burada saxta pafosla yanaşı, həm də dərin qorxu var:

"Yəni, Ermənistanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəyanatının qarşısına Azərbaycan bir NATO ölkəsinin, ABŞ-ın yaxın müttəfiqi olan bir nüvə dövlətinin dəstək bəyanatları ilə çıxdı. Bu, əlbəttə ki, Ermənistanı narahat edir. Digər tərəfdən, heç Rusiya özü də Azərbaycana silah satışını dayandırmaq fikrində deyil. Bundan başqa, Azərbaycanın Türkiyə, Pakistan, İsrail kimi ölkələrlə hərbi, hərbi-texniki əməkdaşlığı davam edəcək.

Bütün bunları müqayisə etdikdə, diplomatik və hərbi balansın Azərbaycanın xeyrinə olduğunu aşkar görürük. Sərkisyanın səfəri, üzündəki qorxu və narahatlıq ifadəsi isə bu həqiqətin dərki təzahüründən başqa bir şey deyil”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və Xankəndidə hərbçilərin iştirakı ilə müzakirə keçirib.

Tarix
2017.12.02 / 22:28
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla