Yuxarı

Sərkisyanın Qarabağda dediyi bu söz... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məsələnin müharibə meydanlarında həll olacağı fikrinə üstünlük verirəm. Əlbəttə, müharibəni heç kim istəmir, amma ermənilər torpaqlarımızı geri qaytarmır və Dağlıq Qarabağın de-fakto və de-yure tanınması istiqamətində addımlar atmağa başlayıb. Bu isə məsələni daha da gərginləşdirir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistan Prezidenti Serj Sərkisyanın növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə hərbi geyimdə gəlməsinə və burada görüşlər keçirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu, provaskasiya xarakterli bir addımdır:

“Son zamanlar danışıqlar prosesində nəzərə çarpacaq qədər fəallıq hiss edilir. Ən azından müəyyən dövlətlər bu fəallığı imitasiya etməyə çalışırlar. Sərkisyan danışıqlar prosesini pozmaq və bölgədə gərginliyi yenidən artırmaq üçün belə bir addım atdı. Bu, həm də Avropa Birliyinin Şərq Tərəfdaşlığı sammitində qəbul edilmiş qonşuluq siyasəti, separatizmə və ekstrimizmə qarşı mübarizə və dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi haqda qətnaməyə Sərkisyanın meydan oxumasıdır. Eyni zamanda, bunu artıq Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasını tanıması istiqamətində atdığı bir addım kimi qiymətləndirmək olar. Çünki “iki erməni respublikası” ifadəsi o deməkdir ki, Sərkisyan yavaş-yavaş qondarma respublikanı tanımaq istiqamətində hərəkət edir və hər cəhdlə bunu reallaşdırmağa çalışacaq”.

Politoloq qeyd edib ki, Sərkisyanın bu addımı həm də özünün imici ilə bağlıdır:

“Çünki Sərkisyan gələn ilin mart ayında prezident kürsüsündən getməli olacaq. Baş nazir olmaq iddiası isə demək olar ki, həyata keçməyəcək. Bu cəhətdən o özünü tarixə həkk etmək, danışıqlar prosesinə zərbə vurmaq və siyasi həyatda bir prinsipə imza atmış şəxs kimi qalmaq üçün belə bir pozucu və provakasion addım atır. Bu, sülh prosesinə güclü zərbə vurmaq, Ermənistanla Azərbaycan arasındakı münasibətləri daha da gərginləşdirmək və onu müharibə həddinə çatdırmaq deməkdir. Çünki Sərkisyan həmçinin bölgədəki Dağlıq Qarabağ separatçılarının “müdafiə naziri” ilə görüşərkən də saxta patriotizm şüarlarından istifadə etmişdi. Bir sözlə, bütün bunlar onu göstərir ki, Ermənistan çox təhlükəli bir addım atıb və bu, BMT-nin qətnamələrinə, beynəlxalq hüququn normalarına, AB-də qəbul olunan son sənədin müddəalarına ziddir. Bu, bölgədə gərginliyi yeni bir mərhələyə qaldıra və müharibə təhlükəsi yarada biləcək gedişdir”.

Politoloq vurğulayıb ki, Ermənistanın bu addımlarından sonra münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə olan ümid azalır:

“Bu konteksdə sülh prosesinin yenidən dondurulacağı və müharibə ehtimalının artacağına daha çox proqnoz vermək olar”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Erməni mediası S.Sərkisyanın səfərinin “iki erməni respublikası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində” reallaşdığını iddia edib.

Tarix
2017.12.03 / 10:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla