Yuxarı

Düşmən əsgərləri çox gözəl bilir ki... - Qənizadə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan və “birləşmiş” qoşun qruplaşmasının komandanlığının rəhbərliyi ilə Ermənistan ordu bölmələri işğal altındakı Dağlıq Qarabağ ərazisində hərbi təlimlər keçirib. Düşmən tərəfin açıqlamasında göstərilir ki, birləşmiş qruplaşmanın təlimləri ilk dəfədir bu səviyyədə keçirilir.

Bu fikri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “Dağlıq Qarabağ respublikası” ilə “birgə” keçirdiyi təlimlərə münasibət bildirən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərtac-a bildirib.

Hərbi təlimlərin Ermənistan ordusunun acınacaqlı vəziyyətini ortaya çıxardığını vurğulayan hərbi ekspert deyib: “Bu, təlimlərdən daha çox, erməni hərbiçilərinin səyyar səhra mətbəxi qarşısında nahar düzülüşünə bənzəyir. Biz o vəziyyətə düşən hərbiçiləri başa düşürük. İşğalçı ordunun hərbiçiləri çox gözəl bilirlər ki, sülh danışıqları nəticə verməsə və Qarabağ uğrunda döyüşlər başlasa Ermənistan ordusu Azərbaycan Ordusu qarşısında bir gün də belə tab gətirə bilməyəcək. Məsələyə bu prizmadan yanaşsaq, təlimlər əslində Azərbaycan Ordusu ilə qarşıdurmada “Ermənistan ordusunun işğal olunmuş ərazilərdən təxliyə olunması” adı altında keçirilməli idi. Qarşı tərəf bunu nə qədər tez anlasa, onlar üçün o qədər yaxşı olar”.

Tarix
2017.12.04 / 18:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla