Yuxarı

Saakaşvilinin səhvi: niyə bu yol seçildi? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saakaşvili səbirlə öz partiyasını gücləndirmək və gənc nəsli öz tərəfinə çəkməklə, seçkilərdə təkbaşına olmasa da, koalisiya şəklində nəticə əldə edə bilərdi, ancaq o, bu yolu seçmədi.

Axar.az xəbər verir ki, bu sözləri Mixail Saakaşvilinin həbsinin Ukraynadakı siyasi proseslərə təsirini şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, “sərhəd əməliyyatı” ilə Ukraynaya qayıdan Saakaşvilinin sonrakı fəaliyyəti əslində siyasi intihar idi:

“Demokratik seçkilərin keçirildiyi bir ölkədə “impiçment” tələbi ilə küçə aksiyalarına başlamaq rasional deyildi. Üstəlik, Ukrayna Rusiya kimi “div”lə müharibə aparır və daxili sabitliyin Kiyev üçün həyati əhəmiyyəti var. Bu, istəmədən də olsa, Rusiyanın əlinə oynamaq demək idi. Məhz bu səbəbdən də ölkədəki vəziyyətdən narazı olmalarına baxmayaraq, ukraynalılar “Mixo Maydan”a dəstək vermədilər. Hətta digər müxalif qüvvələr də aksiyalara qoşulmadı. 2019-cu ildə Ukraynada prezident və parlament seçkiləri keçiriləcək. Saakaşvili səbirlə öz partiyasını gücləndirmək və gənc nəsli öz tərəfinə çəkməklə, seçkilərdə təkbaşına olmasa da, koalisiya şəklində nəticə əldə edə bilərdi, ancaq o, bu yolu seçmədi”.

Xatırladaq ki, Saakaşvili bu gün dövlət çevrilişinə cəhddə və cinayətkar dəstələrlə əlaqədə ittiham olunaraq həbs edilmişdi. Bu dəqiqələrdə isə o, hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı maşından azad edilib.

Tarix
2017.12.05 / 16:05
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla