Yuxarı

ABŞ Türkiyənin xeyrinə olan hər şeyi yox etmək istəyir – Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rza Zərrabdan bir alət kimi istifadə edərək nəinki Türkiyənin dövlət imicinə zərbə vurmağa çalışır, həmçinin qardaş ölkənin mənfəətinə olan hər şeyi yox etmək istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Rza Zərrabın ABŞ-da baş tutan məhkəmədə etdiyi etiraflar həqiqətə uyğun olmayan böhtanlardır:

“Rza Zərrab ya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təlimatlandırılıb, ya da əqidə etibarilə İrana xidmət etməklə Türkiyəyə zərbə vurmaq məqsədi güdür. Ümumiyyətlə, Türkiyə vaxtilə Zərrabın qarşısını yerində alsaydı, bu gün bütün bu proseslər onun əleyhinə çevrilməzdi. Görünən odur ki, Rza Zərrab artıq ABŞ-ın əlində siyasi alətə çevrilib. ABŞ da öz növbəsində Rza Zərrabdan bir alət kimi istifadə edərək nəinki Türkiyənin dövlət imicinə zərbə vurmağa çalışır, həmçinin qardaş ölkənin mənfəətinə olan hər şeyi yox etmək istəyir”.

Politoloq hesab edir ki, Rza Zərrabın ABŞ məhkəməsində Türkiyə əleyhinə səsləndirdiyi iddialar çox təhlükəlidir və verəcəyi ziyan da böyük olacaq:

“Bu nöqteyi-nəzərdən Türkiyə tərəfdən Rza Zərrabla əlaqəli olan adamlar da danışmalı və qardaş ölkə əleyhinə irəli sürülən ittihamların əsassızlığı sübuta yetirilməlidir. Aydındır ki, Rza Zərrab öncədən təlimatlandırılıb. Onun son çıxışlarında məhz Türkiyənin hədəfə alınması bunu deməyə əsas verir. ABŞ-ın Türkiyə əleyhinə hüquqi təzyiqləri Vaşinqton üçün yaxşı heç nə vəd etmir. Əslində, ABŞ açıq-aşkar Türkiyə üzərində öz təsir dairəsini qəbul etdirmək istəyir. Ancaq qardaş ölkə ona qarşı aparılan bu siyasətlə barışmayacaq. Bu isə iki NATO müttəfiqi arasında münasibətlərin gələcəyini təhdid altında qoya bilər”.

Qeyd edək ki, əslən azərbaycanlı olan Rza Zərrab ABŞ-da həbsdədir. O, İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.

Türkiyənin İYİ Partiyasından olan millət vəkili Rza Zərrabın İran kəşfiyyat təşkilatı olan ETTELAAT-ın casusu olduğunu bildirib. Bununla bağlı sənədlərin təhlükəsizlik orqanlarının arxivlərində mövcud olduğunu deyən deputat Rza Zərrab və ailəsinin İranın çirkli işlərini həyata keçirdiyini, baş vərənlərin Türkiyə ilə ABŞ-ı düşmən etmək üçün qurulan bir tələ olduğunu və bütün bunların Türkiyəni Rusiyaya daha da yaxınlaşdıracağını qeyd edib.

Tarix
2017.12.05 / 21:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla