Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Aprel 2018


“Bakı və Moskva İrəvana zəmanət verməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Cənubi Qafqazda siyasi vəziyyət xeyli dramatikləşib. Həm Bakıya səfərlər, həm də Qarabağla bağlı müəyyən informasiyaların yayılması gələcəkdə regionla bağlı hər hansı təhlükənin olmayacağını düşünməyə imkan vermir. Üstəlik də, İŞİD təhlükəsinin Qafqazdan da yan keçməyəcəyi ilə bağlı iddiaların səsləndirilməsi bizi rusiyalı politoloq Qriqori Trofimçukla söhbətləşməyə məcbur etdi.

Rus məmurlarının səfərlərinə gəlincə...

- Son günlər Bakıda xeyli tədbirlər keçirildi. Bununla bərabər, həm də Azərbaycana bir sıra məşhur şəxslərin səfərləri gerçəkləşdi. Maraqlıdır, Qərb və Rusiya Azərbaycanla bağlı nə fikirləşir?

- Hamı Azərbaycanı ziyarət edir. Moskva, Brussel, Vaşinqton və digərləri. Qəribədir ki, hər səfərdən sonra da müəyyən siyasi razılıqdan danışılır. Amma işdə heç bir mühüm irəliləyiş görünmür. Azərbaycan bir zamanlar özünün formalaşdırdığı çoxvektorlu siyasətini indi də davam etdirir. Rus məmurlarının səfərlərinə gəlincə isə onu deyə bilərəm ki, vəziyyət Azərbaycanın xeyrinə çox ciddi şəkildə dəyişilir. Ermənistana səfər isə məcburi xarakter daşımırdı. Hələ bu tip balans dəyişməz şəkildə saxlanılır ki, heç kimin xətrinə dəyilməsin.

Bakı və Moskva İrəvana zəmanət verməlidir

- Amma bəzi analitiklər deyirlər ki, Rusiya Qarabağı Azərbaycanın xeyrinə həll etmək istəyir.

- Rusiya onsuz da Qarabağ probleminin həll edilməsini çox istəyir. Amma bilmir ki, bunu praktikada necə etsin. Hazırda müşahidəçilər və jurnalistlər arasında yayılan bir xəbər var ki, Rusiya bir növ Azərbaycana üç işğal olunmuş rayonu verməyə hazırdır. Yeri gəlmişkən, bu ssenariyə uyğun olaraq mən beş il bundan əvvəl Azərbaycan KİV-lərinə bu mövzuya uyğun olaraq intervü vermişəm. Bu, həmçinin partlayışa hazır olan situasiyanın həll edilməsi üçün real şansdır. Amma bunun üçün Ermənistanın təhlükəsizliyinə etibarlı zəmanət verilməlidir. Bax, belə zəmanəti indiki qeyri-stabil vəziyyətdə Rusiya verə bilməz. Həmçinin bu zəmanət öz ərazində, Rusiya arealında yox, Cənubi Qafqaz zonasında verilməlidir.

Moskva İraqa İŞİD-ə görə silah göndərir

- Son günlər ən məşhur ad İŞİD olub. Maraqlıdır, bu təşkilat Azərbaycan və Rusiya üçün nə dərəcədə real təhdidə çevrilə bilər?

- İŞİD tərəfindən Azərbaycan və Rusiyaya təhlükənin olması tam inandırıcıdır. Həm Bakı, həm də Moskva islam radikallarına qarşı eyni mövqeyi bölüşürlər. Amerika məhz buna görə onları qaldırıb ki, onlar öncə Suriyaya, daha sonra isə Qafqaza çatsınlar. Rusiya İŞİD-in fəaliyyətinin genişlənməsinin qarşısını almağa çalışır. Elə buna görədir ki, İraqın hazırki rəhbərliyinə bir neçə qırıcı göndərib. Amma bir tərəfdən də ehtimal etmək olar ki, Moskva tərəfindən atılmış bu addım İŞİD-də ona qarşı neqativ enerjinin daha da alovlanmasına şərait yaradar. Ona görə də Vaşinqton Rusiyanın belə silah tədavülünə heç bir etiraz bildirmir.

İraqda əbədi bataqlıq

- İraq isə üç yerə bölünür…

- İraq faktiki olaraq artıq bölünüb. Sadəcə olaraq, orada hələ bölünmüş hissələrə rəhbərlik edəcək kifayət qədər gücə sahib olan lider yoxdur. İraq Kürdüstanı olan bölgə faktiki olaraq öz hökumət orqanlarına və resurslarına sahib muxtar ərazidir. Amma tam olaraq bölünmüş hissələrdə rəhbərliyi hələ heç kim bacarmır. Çünki bu, nə ABŞ-la NATO-ya, nə də İsrailə gərəklidir. Əbədi bataqlıq onlara tam gərəkli olan variantdır.

Yaxın Şərq xaosu başlayır

- Amma İraqın parçalanması kənar ölkələrə də təsirsiz ötüşməyəcək. Məsələn, ilkin variant kimi yenə də Türkiyənin parçalanması göstərilir. Bu, nə dərəcədə realdır?

- Nəinki Türkiyə, bütün Yaxın Şərq parçalana bilər. Bu əməliyyata artıq start verilib. Onların hamısı total Yaxın Şərq xaosuna gətirib çıxaracaq. Yalnız axmaq insan düşünə bilərdi ki, ABŞ İraqa daxil olarkən orada demokratiyanın qurulmasını arzu edir. Amerikaya sadəcə olaraq, enerji yataqları lazım idi, qalanları isə onu narahat etmirdi. Fikir verin, İŞİD heç İsraili də o qədər güclü narahat etmir. Bu isə artıq çox şeydən xəbər verir. Suriya bölünəcək. Kürdlər çətin ki, nə isə ciddi bir şeyə nail olsunlar. Çünki onlar özləri də bilmirlər ki, çətin vəziyyətdə hansı addımı atsınlar. Bu, Türkiyəni daha çox narahat etməlidir, çünki bunun bir təsiri də onlara olacaq. Bunun üçün onlar NATO-dan çıxmalıdır ki, əlləri tam sərbəst olsun.

Qafqazda hər an təhlükə var

- Cənab Trofimçuk, bəzi analitiklər sentyabr ayını Qafqaz üçün ən təhlükəli ay hesab edir. Bu mənada İrəvanın adı daha çox hallanır. Məsələn, Maydan və ya Moskvanın təzyiqi ilə dəyişiklik...

- Burada məsələ sentyabr, ya da dekabr deyil. Məsələ orasındadır ki, istənilən hakimiyyət daxili zərbənin təhlükəsini anlayaraq, onu öncədən zərərsizləşdirməlidir. Zərərsizləşdirmək çox asandır. Əsas sosial sferada vəziyyət gücləndirilməlidir. Məsələn, buraya malların və ya xidmətlərin qiymətlərinin əhali üçün endirilməsi aid edilə bilər. O zaman əhalini nə Bakıda, nə də İrəvan, nə Gürcüstanda hakimiyyətə qarşı qaldırmaq mümkün olacaq. Hökumətlərin özlərini xilas etməsi üçün bu cür maliyyə qurbanları verməsi gərəkdir. Əks təqdirdə, tamahkarlıq heç bir xeyir verməyəcək.

Tarix
2014.07.07 / 22:06
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Sərkisyan Bakıya gətirilə bilərmi? - Video

AŞPA-da Şuşa ilə bağlı etiraz: Qəbul edildi

KİV azadlığı sahəsində son durum açıqlandı - Reytinq

Azərbaycan Türkiyədə ən böyük investora çevrilir - Ərdoğan

Bu anlaşma imzalanacaq - Prezident

İlham Əliyev: Dostluğumuzun çox böyük gələcəyi var

Rusiyadan Ermənistandakı etirazlarla bağlı - Bəyanat

Quska Bakıya qarşı kimlərə pul verib? – Şok adlar

Sərkisyan Kremlə “sürpriz” etdi – Cavabı ağır olacaq

Ərdoğan-Əliyev görüşü: Bakı İrəvana yardım edə bilər

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla