Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


İlham Əliyev jurnalistlərə çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi münasibəti ilə Zuğulbadakı iqamətgahında tədbir keçirilib.

"Axar.az" Prezidentin rəsmi saytına istinadən bildirir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Bildirib ki, "RUH" Jurnalistləri Müdafiə Komitəsinin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib, sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" seçilib.

Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jurnalistlərin dostu" mükafatını Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi münasibətilə təşəkkürlərini çatdırıb və çıxışında deyib ki, ölkəmizdə azad jurnalistikanın yaradılması və inkişafı istiqamətində 1980-ci və 1990-cı illərdə xeyli iş görülüb, 1998-ci ildə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkədə senzura ləğv edilib və bu da azad mətbuatın inkişafı istiqamətində mühüm addım olub.

O vaxtdan bu günə qədər mətbuatın inkişafı ilə bağlı ölkədə önəmli qərarların qəbul olunduğunu deyən Prezident İlham Əliyev indi demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirib: "Bu prosesə təkan verən mühüm amil dövlət siyasətidir və bu da Azərbaycanda vardır. Bu gün Azərbaycan demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmır, ölkədə söz və mətbuat azadlığı təmin olunur. Hazırda Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizi keçir, yaxın vaxtlarda bölgələrdə genişzolaqlı internet şəbəkəsi genişləndiriləcək.

Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də göstərdi.

Bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik, dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir".

Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirib.

"Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır", - deyən dövlətimizin başçısı vurğulayıb ki, güclü dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə vardır.

Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyini deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırıb. Bildirib ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir.

Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və onlarda narahatlıq yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir. "Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür", - deyən Prezident İlham Əliyev ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səsləyib. Bununla yanaşı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı media işçilərinə yenidən onu "Jurnalistlərin dostu" seçdiklərinə görə təşəkkür edib.

Sonra Əməkdar Jurnalist, Milli Məclisin deputatı Aqil Abbas, Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov, Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən "Ahıl" Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək azad mətbuatın inkişafı ilə bağlı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən danışıb, mətbuatın inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

Tarix
2013.11.24 / 19:46
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ukraynalılar və azərbaycanlılar Heydər Əliyevi andı - Foto

O, türk dünyasının ən böyük liderlərindəndir - Özoral

Qalib Putin Suriyadan niyə çıxdı? – Mühüm səbəblər

Ermənilər Cəbrayıla köçürülür: Lavrovun məqsədi…

Trampın Qüds qərarı Putinə yeni yollar açır

Həmsöhbətinin səsini yaza, istifadə edə bilərsiniz - Ekspert

Rusiya kompromisə gedir - Politoloq

Heydər Əliyevin dərcinə qadağa qoyulan - Müsahibəsi

Putin Ərdoğana sürpriz etdi - Politoloq

İlham Əliyev 8 sərəncam, 2 fərman imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla