Yuxarı

Dünya çalxalanır: Trampın ən axmaq qərarı... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, indiyə qədər qəbul olunmuş qərarların içərisində ən axmağıdır. Bütün müsəlman dünyasının ləyaqətinə və heysiyyətinə toxunan bir addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasının bölgədə hansı qarşıdurmalara səbəb olacağı ilə bağlı məsələni şərh edərkən deyib. O bildirib ki, Tramp kimi siyasətdən uzaq adamlar insani dəyərləri qiymətləndirmək iqtidarında deyil:

“Bundan sonra Yaxın Şərq yenidən qanlı müharibələr meydanına çevriləcək. Bu məsələdə rol oynayan İsrail özü də bu qərarın mənfi təsirini hiss edəcək. Çünki Trampın bu addımı sivilizasiyalararası toqquşmalara gətirib çıxaracaq. Qüds 3 səmavi dinin unikal mərkəzidir. Dünyada 3 dinin nümayəndələrinin dinc şəraitdə yanaşı yaşamasının mümkünlüyünü göstərən abidələr də məhz bu şəhərdə yerləşir. Tramp sivilizasiyalararası əlaqələri tapdayıb keçdi və bu münasibətlərə ölümcül zərbə vurdu. Hətta katolik dünyasının lideri Papa Fransisk də bu məsələdə ehtiyatlı olmağın gərəkdiyini və belə addıma ehtiyac olmadığını bildirmişdi. Amma Tramp dünyanın bu həssas çağırışlarını diqqətə almadı”.

Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, bölgədə terror aktlarının sayı artacaq:

“Bundan başqa, İsrail və Türkiyə arasındakı münasibətlər gərginləşəcək, hətta Türkiyənin İsraillə diplomatik əlaqələri kəsməsini də müşahidə edə bilərik. Digər tərəfdən, onsuz da pis olan Türkiyə-ABŞ münasibətləri daha gərgin dönəmə qədəm qoyacaq. Dünənə qədər Türkiyənin ABŞ-a qarşı münasibətlərini qınayanların sayı da xeyli azalacaq. Yəni bu ağılsız və ölçülüb-biçilməmiş qərar bütün dünyada gərginliyin artması üçün başlanğıc nöqtəsidir. Çünki indiyə qədər dünyanın salamatlığı, sülhün bərqərar olması üçün dünya dövlətləri yekdil idilər, bundan sonra isə fikirlər haçalanacaq. Ən azından dinlər arasında soyuq küləklər əsməyə başlayacaq”.

Politoloq vurğulayıb ki, dünya yeni gərgin anların yaşanacağı dövrə daxil olur:

“III Dünya müharibəsinin olması ehtimalını zəif hiss etsəm də, bunun baş verəcəyini də istisna etmirəm. Amma hər halda, bu qərar terrorizmin genişlənməsinə rəvac verəcək. Qitələrarası, sivilizasiyalar arası gərginlik artacaq, lokal müharibələrin olma ehtimalı qaçılmazdır. Bu qərarın həyata keçirilməsini də mümkünsüz hesab edirəm. Çünki islam dünyası bu qərarın ləğvi üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, ötən gün Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.

Tarix
2017.12.08 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla