Yuxarı

Qüds sövdələşməsi: Trampın qərarında iki məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın Qüdslə bağlı qərarının İranla bağlı olduğunu düşünmürəm. Çünki artıq 7-8 ildir İranın Fələstindəki mövqeləri, az qala, sıfra enib.

Bu sözləri Axar.az-a açıqlamasında jurnalist Ruslan Bəşirli deyib. O bildirib ki, vaxtilə Türkiyə hakimiyyətinin və ərəb dövlətləri başçılarının Fələstin məsələsinə biganə münasibəti İranın əl- qolunu tamamilə açmışdı:

“Fələstinin HƏMAS təşkilatı məcburən İranla əməkdaşlıq edirdi. Təkcə Nəcməddin Ərbakanın qısa hakimiyyəti dövründə Fələstin liderləri gizlicə Türkiyəyə gəlib-gedirdi. Ərdoğan isə təqribən 2005-ci ildən Fələstinlə, xüsusilə də HƏMAS ilə əlaqələr qurmağa başladı. Sonrakı dövrlərdə HƏMAS liderləri Türkiyəyə açıq şəkildə gəlib-getməyə, hətta İstanbul, Ankarada xalq qarşısında çıxışlar etməyə başladılar. Bunun nəticəsi olaraq Türkiyə ilə İsrail arasında hətta diplomatik əlaqələrin dayandırılmasına qədər gedib çıxan ciddi hadisələr baş verdi”.

R.Bəşirli qeyd edib ki, bundan başqa, hazırkı kralın hakimiyyətə gəlişindən sonra Qətər də Fələstin məsələsini qaldırmağa başladı və Fələstin liderləri ilə, əsasən də HƏMAS-la əlaqələri gücləndirdi:

“Hazırda HƏMAS-ın Türkiyə və Qətərdə çoxlu sayda ofisi də mövcuddur. Nəticə etibarilə HƏMAS İrandan uzaqlaşdı. Bunun ilk görüntüsü isə Suriya böhranı zamanı HƏMAS-ın İranı deyil, Türkiyəni dəstəkləməsi oldu. Bundan sonra HƏMAS və İran dövlət rəsmiləri arasında söz atışmaları yaşandı. Bundan öncə isə 2008-ci ildə İsrail ordusunun fələstinlilərə qarşı apardığı təqribən 40 günlük savaş zamanı İran baş verən olaylara ciddi reaksiya vermədi. Əvəzində bu rolu Türkiyə üzərinə götürdü. Qısası, məsələ İran deyil”.

R.Bəşirli vurğulayıb ki, Trampın bu qərarı ilk növbədə yəhudi lobbisinə hesablanmış qərardır:

“ABŞ prezidenti bu qərarın beynəlxalq hüquqa, BMT-nin qərarlarına, sülh prosesinə zidd olduğunu bilir. Lakin onun hakimiyyətdən uzaqlaşdırılması məsələsi vardı. Üstəlik, Trampın rus kəşfiyyatı ilə əlaqələri, alman banklarından götürdüyü kreditlər və s. kimi ABŞ cəmiyyətini silkələyən problemləri mövcuddur. Bütün bunları qabardan ABŞ-dakı anqlo-sakson şəbəkəsidir. Belə bir halda Tramp yəhudi lobbisinə sığınmaq qərarı verdi. Üstəlik, onun kürəkəni Kuşner də yəhudidir. Nəticə etibarilə Tramp axşam Qüdsü İsrailin paytaxtı kimi tanıdı və bundan sonra isə onun haqqında impiçment qərarı Konqresdən keçmədi. Hətta Trampın impiçmentini tələb edən demokratlardan olan senatorların böyük bir hissəsi də ABŞ prezidentinin lehinə səs verdi”.

Qeyd edək ki, Tramp iki gün öncə Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını açıqlayıb.

Tarix
2017.12.08 / 16:19
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla