Yuxarı

Misir Qüds məsələsində niyə tərəddüd edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyadan sıxışdırılan İŞİD-in digər bölgələrdə fəaliyyətini davam etdirməsi, əslində, gözlənilən idi.

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, İŞİD-in qonşu bölgələrə transfer məsələsi həmin ərazilərdə münbit şəraitin olması ilə əlaqədardır:

“Bu baxımdan Mərkəzi Asiya ölkələrinin də risk kateqoriyasına aid edilməsi təbiidir. Çünki bu gün Mərkəzi Asiyada faktiki olaraq İŞİD-in fəaliyyəti üçün münbit şərait var. Əfqanıstanda baş verən proseslər də bunun ən bariz nümunəsidir. Məhz bu səbəbdən Əfqanıstanın adı İŞİD üzvlərinin köçdüyü ölkələr sırasında hallanır. Bununla belə, tək Əfqanıstan yox, hətta Orta Asiya ölkələri də bu risk qrupuna daxildir. Çünki İŞİD-in tərkibində kifayət qədər Orta Asiya kökənli insanlar var. Rusiya rəsmilərinin son günlərdə verdiyi açıqlamalardan məlum olur ki, İŞİD-in Şimali Qafqazda da müəyyən dayaqlarının olması ilə bağlı narahatlıqlar mövcuddur”.

V.Zifəroğlu qeyd edib ki, son günlər Misirin Qüdslə bağlı əks-mövqe sərgiləməsi də diqqətdən yayına bilməz:

“Bildiyiniz kimi, Qüds məsələsi ilə bağlı fələstinlilərin köçürüləcəyi ünvan olaraq Sinay yarımadasının adı hallandırılmaqdadır. Hətta bu projeyə Səudiyyə Ərəbistanı və Misirin də razı olduğu bildirilirdi. Sinay yarımadası gündəmdə olan ən vacib bölgələrdəndir. Lakin hazırda Misir əks-mövqe sərgiləməkdədir. Son illərin təcrrübəsi göstərir ki, Qərbin, əsasən də ABŞ-ın dəyişiklik istədiyi bölgələrdə İŞİD və ya buna bənzər qüvvələr aktivləşir. Bu anlamda müəyyən mənada İŞİD-in orada da aktivlik göstərməsi gözlənilir”.

Qeyd edək ki, İraq və Suriyadan sonra İŞİD-in əsas transfer olacağı ölkənin Misir olacağı iddia edilirdi. Amma son günlər İŞİD-in Əfqanıstanda mövqelərini möhkəmləndirməsi ilə bağlı fikirlər səslədirilir.

Tarix
2017.12.09 / 09:16
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla