Yuxarı

Cəbhədə vəziyyət gərginləşə bilər - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vasitəçilər Azərbaycanla Ermənistanı mümkün qədər danışıqlar prosesində saxlamağa çalışacaq. İndiki vəziyyətdə hər iki tərəf yeni toqquşmada maraqlı deyil. Buna 2018-ci ildəki seçki faktoru da mane olur. 2018-ci ildə Azərbaycanda və Rusiyada prezident, Ermənistanda isə parlament seçkisi keçiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ATƏT Minsk Qrupunun yayımladığı bəyanatı şərh edərkən qeyd edib. O bildirib ki, Helsinki Yekun Aktının prinsipləri bir-birinə ziddiyyət təşkil edir:

“Ona görə də Qarabağ münaqişəsi həll olunmur. Budəfəki bəyanatda da sülhdən, müzakirələrin davam etdirilməsi vacibliyindən danışıldı. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların özmüqəddərratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun Aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, “Dağlıq Qarabağın müstəqlliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək”. Ermənistan hakimiyyəti isə tam əksinə, referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır”.

Politoloq vurğulayıb ki, buna baxmayaraq, bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər:

“2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-in seçki ili olmasına baxmayaraq, danışıqlarda irəriləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıblar və bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə, status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər”.

Tarix
2017.12.09 / 23:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla