Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Oktyabr 2018


ABŞ səfiri: "7 rayon Azərbaycana qaytarılmalıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon təcili Azərbaycana qaytarılmalıdır".

Belə bir bəyanatla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstar Publika.az-a eksklüziv açıqlamasında bildirib.

Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağın sülh yolu ilə həlli ilə bağlı çox açıq mövqe bildirib:

"Mövqeyimiz də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda 7 işğal altında olan Azərbaycan rayonları geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır.

Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik".

R.Morninqstar Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı məsələni də şərh edib:

"Mən ümid etmək istərdim ki, bu görüş Parisdə baş tutacaq. Hazırda isə bu görüşün baş tutacağı barədə danışmaq erkən olardı. Çünki bu görüşün tarixi hələ ki bəlli deyil. Sadəcə olaraq, onu düşünürəm ki, belə görüş çox faydalı olardı. Yəni iki prezident bilavasitə Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparardı və bu problemin həlli barədə konkret danışardılar. Ancaq hələ ki məndə bu görüşün təfərrüatı barədə hər hansı məlumat yoxdur. Düşünürəm ki, prezidentlər özləri bu görüşün təşkilinə razılıq verəcəklər və daha sonra da görüşün vaxtı müəyyənləşəcək".

Xatırladaq ki, bu gün ABŞ-ın Ermənistandakı səfiri Con Heffern də bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsinin yekun həll zamanı müəyyənləşəcək.

O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:

"Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur".

Tarix
2014.07.08 / 18:11
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hələ də onlar öz cəzalarını almayıblar - Əli Həsənov

Ərazi bütövlüyünün pozulmasını istəmirsənsə... - Əli Həsənov

"Star" Avropaya böyük fayda verəcək - Millət vəkili

Biz görürük ki, dünyada bəzi hallarda... - İlham Əliyev

Bu, Bakı və Ankara üçün həyati əhəmiyyət daşıyır – Millət vəkili

Türkiyə-Azərbaycan ittifaqı artıq zərurətdir – Politoloq

Türkiyə ilə meqalayihə: Bakı nə qədər qazanacaq?

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edildi - Foto

Neftin yeni bahalaşma dalğası başlayacaq - Ekspert

Böyük güclər türklərin ata yurduna can atır – Səbəb

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla