Yuxarı

Bizə İsrail lazımdır, Fələstin yox - Zaur Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.12.10, 22:22

Bir çoxları hesab edir ki, biz İsrailə niyə dəstək olmalıyıq, Qüdsdə müsəlmanlar öldürülür və ora fələstinlilərin əzəli torpağıdır. Yaxşı, biz buna razılşadıq, durduq Fələstinə dəstək verdik və dünya siyasətində əsas dövlətlərdən biri olan İsraillə üz-üzə gəldik. Bu, bugün bizə lazımdırmı? Lazımdırmı güclü lobbisi, siyasi xadimləri və iri transmilli şirkətləri olan İsraili özümüzə düşmən edək?

Axar.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra başlayan müzakirələrə cavab olaraq bildirib. Z.Əliyev deyib ki, Türkiyə bu gün İsrailə qarşı çıxırsa, onun işğal altında olan torpağı yoxdur və onun ərazisində olan etnik fikir ayrılıqları maddi və siyasi güclə həllini tapır:

“Bəs bizdə? 1992-ci ildən bu günə qədər Şuşa başda olmaqla, Dağlıq Qarabağ və ətraf rayonları işğal altındadır. Düşmənimizin arxasında duran güclü erməni lobbisi və güclü tərəfdaşları var. Rusiya, İran, Fransa, Amerika və tam açıq olmasa da, Almaniya, Britaniya…

Bizim kimimiz var? 100 minlik ordusu ilə gündə bəyanat verib, lakin əməldə real addımlar atmayan Pakistan və daxili-xarici problemlər içində üzən Türkiyə.

Azərbaycan hazırda bütün dünyaya qarşı tək mübarizə aparır. Azərbaycana dost deyənləri yalnız bir iş maraqlandırır: Neft və qaz.

Bizi də güclü edən təbii sərvlətlərimizdir. Məhz bu amil Azərbaycanın güclü dövlətlərə qarşı yeganə silahıdır. Bizim də ən ağrılı yerimiz Qarabağdır. Biz çox yazırıq torpaqlar niyə azad edilmir deyə. Lakin aprel hadisələrindən sonra rəsmilərin etirafı göstərdi ki, bizim ordumuz və silahlarımız ermənini üç günə torpaqlardan qova bilər, lakin Rusiyanı yox. Rusiya Gürüstanla müharibə zamanı göstərdi ki, onun ordusu bir günə paytaxta gəlib çata bilər. Bəs biz nə etməliyik?”

Z.Əliyev qeyd edib ki, Heydər Əliyev dövründə erməni tərəfi Qarabağətrafı 5 rayonu qaytarmağa razı idilər, onlar DQ-yə muxtar statusa da razı olmuşdular:

“Heydər Əliyev isə qətiyyətlə bunun mümkün olmayacağını və işğal olunan bütün rayonların geri qaytarılmasını tələb etdi. O zaman hələ Azərbaycan diplomatiyası və ordusu zəif olsa da, Heydər Əliyev faktoru öz sözünü dedi. Bütün böyük dövlətlər Ermənistanı işğalçı kimi tanıdı və bu, məhz Heydər Əliyevin sayəsində mümkün oldu. Bu gün də Prezident İlham Əliyev danışıqlar zamanı birmənalı mövqe tutub. Şuşa və Laçın olmasa, biz Qarabağ məsələsində heç bir təklifə açıq deyilik. Status da verməyə hazırıq, amma Şuşa və Laçın mütləq bizə qayıtmalıdır.

Bəs biz Şuşa və Laçını necə qaytaracağıq? Hərbi yolla olsa, bizim üçün daha xoş. Lakin hərbi yol seçim deyilsə, danışıqlar yolu olsa, bu zaman söz sahibi lobbisi və çəkisi olan dövlət olacaq. Rusiya bizi istəmir, eləcə də digərləri. Bizim ümidimz isə yalnız İsrailə gəlir. İsrail lobbisi, siyasəti və yəhudi maliyyəsi danışıqlar masasında biz tərəfdə olsa, demək, bizim sözümüz keçəcək”.

Politoloq məhz bu məqamdan Qüds probleminə yanaşılması gərəkdiyini açıqlayıb:

“Bu gün biz “Qüds fələstinindir” deyib, İsraili dansaq, sabah danışıqlar masasında İsrail bizə nə deyəcək? Ərəblərin özləri bir-birlərilə dil tapa bilmirlər, bizə necə dəstək olacaqlar?

Bu gün bizim üçün Qarabağın azadlığı çox önəmlidir. Siyasətdə bizim çəkimiz o qədər də güclü deyil nəhənglərin qarşısında. Amma İsrailin varıdır. İsrailin lobbisi və maddi gücə malik siyasətçiləri var. Biz tərəfimizi bəlli etməliyik və bu tərəf də güclü İsraildir. Silahı baha satmır - qoyaq satsın, biznes maraqları var - qoyun olsun, onlara xidmət edən siyasətçilər var - lap yaşı. Təki sabah Şuşa və Laçın məsələsi gündəmə gələndə Rusiya və Amerikanın qarşısında tərəfimizdə dursun. Bizim gücümüz onlara çatmasa da, İsrailin çatacaq”.

Tarix
2017.12.11 / 09:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla