Yuxarı

Ərəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 48-i qatılıb və bu ölkələrin təmsilçilərindən cəmi 16-sı birinci şəxsdir. Dövlətlərin sırf dini və ya etnik yaxınlıq səbəbi ilə bütün məsələlərdə həmrəy olmasının zəruriliyi barədə fikirləri bölüşmürəm. Əgər ayrı-ayrı dövlətlər varsa, deməli, ayrı-ayrı maraqlar da var və bu da normaldır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin çağırışı ilə İƏT-in Qüds probleminə həsr olunmuş fövqəladə toplantısını şərh edən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, din amili həmin ölkələri eyni cür düşünməyə, eyni istiqamətdə addımlamağa vadar edə bilməz və etməməlidir:

“Lakin Qüds-Fələstin problemi müsəlmanların həmrəy olduğu nadir məsələlərdən biridir. Trampın qərarından sonra sözdə də olsa, bu həmrəyliyin ortaya qoyulması ehtimalı var idi, yenə olmadı. Səudiyyə, Misir kimi ərəb dünyasının lider dövlətləri zirvəyə aşağı səviyyəli təmsilçi göndərib. Səudiyyə tərəfi ümumiyyətlə nazir müavini səviyyəsində iştirak etməklə İstanbul görüşünə münasibətini açıq şəkildə ortaya qoydu”.

Ş.Cəfərlinin sözlərinə görə, Ər-Riyadın bu cür mövqe sərgiləməsinin bir neçə səbəbi var:

“Birincisi, Səudiyyə və onun çevrəsindəki ərəb ölkələrinin ABŞ-İsrail cütlüyü ilə birlikdə hərəkət etməsi və bu zəmində bölgədə yeni bir ittifaq qurulması çabalarıdır. Trampın qərarı bu məsələdə bir az qeyri-müəyyənlik yaradıb.

İkincisi, regional liderlik uğrunda Səudiyyə-İran mübarizəsinin kəskinləşməsi və tərəflərin cəbhələşməsidir.

Üçüncüsü, Türkiyənin regional siyasətdə İranla yaxınlaşmasının bölgənin sünni cinahında narazılıq yaratması ilə bağlıdır.

Dördüncüsü, Türkiyə-Misir münasibətlərində gərginliyin davam etməsidir.

Sonuncu məsələ ilə bağlı bir məlumatı qeyd edim ki, noyabrda Misirdə 29 Türkiyə vətəndaşı həbs edilib. Bu şəxslər Türkiyə kəşfiyyatı üçün məlumat toplamaqda, “İxvan”ı yenidən hakimiyyətə gətirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdə, çirkli pulların yuyulmasında və s. əməllərdə ittiham olunur. Belə bir vəziyyətdə Əbdülfəttah Sisinin Türkiyədəki toplantıya qatılması zatən gözlənilmirdi.

ABŞ, İsrail və Səudiyyə Ərəbistanı bir müddətdir ki, Fələstin məsələsinin çözümü üçün yeni sülh planı üzərində işləyir. ABŞ tərəfindən Trampın kürəkəni Kuşner bu işi koordinasiya edir. Qüdsün İsrailin paytaxtı kimi tanınması həm də fələstinlilərə verilən göz dağı idi, yəni güzəştlərlə razılaşmasanız, itirməyə davam edəcəksiniz”.

Tarix
2017.12.13 / 14:18
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla