Yuxarı

Ruhanidən Qüdslə bağlı islam dünyasına - 7 təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz hamımız səylərimizi birləşdirib, ABŞ-ın Qüdslə bağlı axmaq addımının qarşısını almalıyıq.

Axar.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbuldakı Zirvə toplantısında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani söyləyib. Onun sözlərinə görə, müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın niyə belə qərar verdiyini öyrənmək məcburiyyətindədir:

“Sionistlərin təhdidlərinə qarşı dayanmaq əvəzinə regionumuzun bəzi ölkələri ABŞ və sionistlərlə razılaşaraq Fələstinin taleyini həll edirlər. Əgər onların qərarı qəbul edilsə, sionistlər daimi olaraq fələstinlilər üzərində hökmran olacaqlar. Bu gün heç kimə sirr deyil ki, yəhudilərin düşməni müsəlmanlar və ərəblər yox, sionistlərin təhlükəli planlarıdır. Müsəlmanlar, xristianlar və yəhudilər bu regionun tarixi sahibləridirlər. Sionistlər buraya yaddırlar. Son onilliklər ərzində sionist rejim fələstinlilərə qarşı cinayətlər törədib. Bütün cinayətləri və qətllərinə rəğmən sionistləri ABŞ hər zaman özünün BMT Təhlükəsizlik Şurasındakı veto hüququ sayəsində dəstəkləyib və onlara dağıdıcı silahlar vermək səylərindən əl çəkməyiblər. Təəssüf ki, ABŞ uzun illər ərzində danışıqlarda arbitr olub. ABŞ heç vaxt ədalətli vasitəçi olmayıb və olmayacaq. Amerika administrasiyasının son addımı insanlara bunu aydın etdi”.

O, həmçinin, çıxışı zamanı ABŞ-a qarşı mümkün addımları da səsləndirib. Onun təklifləri 7 bənddən ibarət olub:

1. Bu sammitdə ABŞ administrasiyasının Qüdsün sionist rejimin paytaxtı olaraq tanıması və öz səfirliyini Qüdsə köçürmə qərarı kəskin qınanılmalıdır;

2. Hazırkı şəraitdə islam aləmi sionist rejiminə qarşı birləşməlidir. Əgər biz öz aramızda müxtəlif məsələlərdə fərqliliklərdən əziyyət çəkiriksə, Qüds və Fələstin məsələsində bütün ayrılıqlardan qaçmalıyıq. İslam aləminin bütün problemləri dialoq vasitəsilə həll edilməlidir. Yalnız islam birliyi sayəsində biz Qüdsü və islam ümmətinin haqlarını müdafiə edə bilərik;

3. ABŞ administrasiyası anlamalıdır ki, islam aləmi Fələstinin və Qüdsün taleyinə laqeyd qalmayacaq, beynəlxalq normalara məhəl qoyulmamasının isə siyasi nəticələri olacaq;

4. Müsəlman dövlətləri tərəfdaşları ilə danışıqlarda ABŞ-ın bu qərarı ilə bağlı etirazlarını mütləq razılaşdırmalı və bu qərara qarşı müqavimət göstərəcəklərini qeyd etməlidirlər;

5. Fələstin məsələsi yeni islam dünyasının gündəminə daşınmalıdır. İŞİD-in İraq və Suriyada məğlubiyyətindən sonra biz digər terror təşkilatları ilə mübarizəmizi davam etdirməklə bərabər, sionist rejimin təhlükəsi, onun nüvə başlıqlarına sahib olub, dünya üçün təhdid təşkil etdiyini unutmamalıyıq;

6. BMT xüsusilə, Təhlükəsizlik Şurası və Baş Assambleya belə şəraitdə aparıcı rol oynayıb, ABŞ-ın bir müddət öncəki qərarı ilə razılaşmadığını bildirməlidir. Müsəlman dövlətlərinin BMT-dəki missiyaları bu müzakirələrdə aktiv iştirak etməlidirlər;

7. Sionist rejimin addımları daimi olaraq nəzarətdə saxlanılmalı və İslam Əməkdaşlıq Təşkilatı nazir və dövlət başçıları səviyyəsində qərarların qəbul üçün ehtiyac olacağı təqdirdə iclas keçirməlidir.

Tarix
2017.12.13 / 16:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla