Yuxarı

Azərbaycan üçün əsas prioritet... - Çexiya mediası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Sənaye və Ticarət Nazirliyinin və “Czech Trade” təşkilatının dəstəyi ilə dərc olunan “Çeski Exporter” jurnalının dekabr buraxılışında “Qazaxıstan və Azərbaycan neftdən müasir iqtisadiyyata keçid yolunu seçdilər” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Axar.az-a bildiriblər ki, məqalədə Qazaxıstan və Azərbaycanın neft ixracatından asılılığa son qoyaraq iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirdikləri vurğulanıb. Bununla əlaqədar, Çexiya şirkətlərinin hər iki ölkənin daxili bazarlarında iştirakı üçün böyük imkan əldə etdiyi xüsusi qeyd edilib. Mərkəzi Asiyada Qazaxıstanın, Cənubi Qafqaz bölgəsində isə Azərbaycanın böyük mineral resurslara malik olmasına görə Çexiya və xarici şirkətlərin bu regionlara daim diqqət göstərdiyi bildirilib. Son iyirmi ildə Azərbaycana qoyulan xarici kapital nəticəsində ölkənin neft ehtiyatlarının 1,2 milyard barreldən 7 milyard barrel həcmində artmasının geoloji cəhətdən təsdiqləndiyi diqqətə çatdırılıb.

Yazıda, həmçinin Bakının böyük liman şəhərinə çevrildiyi və yükdaşımalar sahəsində əhəmiyyətli tranzit rolunu oynadığı vurğulanıb. Həmçinin ölkəmizin həyata keçirdiyi mühüm enerji layihələrindən bəhs olunub. Azərbaycan üçün əsas prioritet enerji layihəsinin hazırda “Cənubi Qaz Dəhlizi” olduğu bildirilib, Rusiyadan asılı olmayan xətt ilə Avropaya təbii qazın çatdırılmasının əhəmiyyətinə toxunulub. Qırx milyard dollar məbləğində vəsait hesabına həyata keçirilən TANAP və TAP boru xətlərindən ibarət bu layihənin Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçməklə 2020-ci ildə ərsəyə gələcəyi qeyd olunub, SOCAR-ın 2020-ci il üçün təbii qaz ixracatını 30 milyard kubmetr həcmində artıracağı vurğulanıb.

Məlumatda, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu yaxınlarda açılışına toxunulub. Nəqliyyat və yükdaşımalar sahəsində 820 kilometrlik həmin dəmir yolu xəttinin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirməklə yanaşı, Avropa və Çin arasında birbaşa əlaqə yaratdığı diqqətə çatdırılıb.

Məqalədə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin önəmi vurğulanıb. Azərbaycan hökuməti tərəfindən prioritet sahələr kimi, kənd təsərrüfatı, qida sənayesi, farmasevtika, elektrotexnika, mexaniki mühəndislik, istehlak və ətraf mühit üzrə texnologiya sahələrinin müəyyənləşdirildiyi, Çexiya şirkətləri üçün geniş imkanların yarandığı qeyd olunub.

Tarix
2017.12.13 / 20:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla