Yuxarı

Heydər Əliyev bunun əsasını qoyub - Korea Post

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Respublikasının nüfuzlu “Korea Post” qəzetində ulu öndər Heydər Əliyev haqqında “Çox güclü lider, siyasətçi, ölkəsinin müasir tarixini yaradan” adlı məqalə dərc olunub.

Axar.az xəbər verir ki, yazıda Azərbaycan xalqının Ümummilli Liderinin həyatından, siyasi fəaliyyətindən, onun sovet vaxtında və müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə respublikanın hərtərəfli inkişafı istiqamətində gördüyü nəhəng işlərdən söz açılıb, görkəmli dövlət xadimi çətin günlərdə xalqına ümid və inam verən nadir lider, öz dövrünün əfsanəsi kimi xarakterizə edilib.

Müəllif Li Kyunq-şik ulu öndər Heydər Əliyevin güclü, müstəqil Azərbaycan qurduğunu, dövlətin tərəqqisi üçün köklü islahatlar həyata keçirdiyini, uzaqgörənliyi, praqmatik və balanslaşdırılmış xarici siyasəti nəticəsində ölkəsinə inkişaf və sabitlik gətirdiyini yazır. Bildirilir ki, ölkədə siyasi sabitliyi təmin edən Heydər Əliyev iqtisadi müstəqilliyin əsasını qoyub, dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olaraq, xarici sərmayələrin ölkəyə axınına, istehsalın bərpasına, maliyyə vəziyyətinin, xalqın rifah halının yaxşılaşmasına şərait yaradıb.

Məqalədə Ulu Öndərin “Azərbaycançılıq” fəlsəfəsinin bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi üçün güclü ideoloji təməl olduğu vurğulanıb.

Müəllif Azərbaycan xalqının həyatını ölkəsinin tərəqqisinə həsr edən böyük oğlu ilə fəxr etdiyini, onun əziz xatirəsini daim əziz tutduğunu qeyd edib.

Tarix
2017.12.13 / 21:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla