Yuxarı

Bakı Kreml əleyhinə sənədə imza atmamaqla… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası və onun ətrafındakı bəzi şübhə doğuran təşkilatlar, anti-böhran institutları yuxarı mərkəzlərin, ali rəhbərlərin niyyətlərini yerinə yetirməyə çalışır, eləcə də müstəqil dövlətlərin daxili işlərinə qarışırlar.

Bu sözləri Axar.az-a politoloq Tofiq Abbasov Avropa Şurasının 20 üzv dövlətinin Rusiyanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun yenidən bərpa edilməsinə qarşı çıxan deklarasiyaya imza atmalarına münasibət bildirərkən deyib. O bildirib ki, bir müddət əvvəl Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun səsləndirdiyi fikir Rusiyanın həm cəmiyyətinin, həm siyasi elitasının ürəyindən xəbər verən bir açıqlama idi:

“Ancaq burada bir şeyi nəzərdən qaçırmaq olmaz ki, AŞPA-da Rusiyaya qarşı məqsədyönlü işləyən qüvvələr var. Onlar bir qayda olaraq Rusiyanı sıxışdıraraq, qarşısında bir çox tələblər qoyurlar. Əslində, Rusiya üçün fövqəl-dövlət kimi bəzi tələblər qəbuledilməzdir. Əlbbəttə ki, burada Rusiyanın tərəfində olan qüvvələr də var. Faktiki olaraq, anti-rus lobbisi ilə yanaşı, pro-rus qüvvələri də fəaliyyət göstərir. Pro-rus qüvvələrin bir çoxu Rusiya ilə keçmişdə də bir cərgədə duran ölkələrdir. O cümlədən imzalanan bu deklarasiya sənədinə imza atmayan Azərbaycan da Rusiya ilə münasibətlərini digər tərəflərin mövqeyindən asılı olmadan qurur. Yəni bizim öz münasibətlərimiz, baxışlarımız, problemlərimiz var. Ancaq bu tip çətinliklərlə Rusiya ilə yanaşı, həm də Azərbaycan qarşılaşır. Onlara elə gəlir ki, Avropa İttifaqı və AŞPA-da Rusiya və onu dəstəkləyən ölkələr demokratiyadan uzaqdır. Bu, özlüyündə çox yanlış fikirdir”.

Politoloq qeyd edib ki, demokratiyanın quruluşu, dəyərlər sistemi olaraq formalaşması milli çərçivələrdə baş verən prosesdir:

“Kiminsə bu məsələyə qarışması, müdaxilə etməsi əbəsdir və lazımsız işlərdir. Müdaxilələrlə bilavasitə çətinliklərin sayı artır”.

Politoloq vurğulayıb ki, Ukraynada vəziyyətin korlanması bilavasitə xarici qüvvələrin müdaxiləsinin nəticəsidir:
“Çünki prinsip etibarı ilə ABŞ, onun yanında olan Avropa Birliyi ölkələri Rusiyaya təsir göstərmək üçün cəbhə qurdular. Bunun üçün isə Ukraynanın daxili problemindən istifadə etdilər. İndinin özündə də Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır. Bir məqama xüsusi diqqət çəkmək istəyirəm ki, Ukraynada xalqı müdafiə etdiyini deyən bu qruplar bu ərazidəki rusdilli xalqların hüquqlarından heç bəhs etmirlər. Bu ölkələrin tək məqsədi Rusiyaya qarşı ittifaqı daha da gücləndirməkdir. Azərbaycan isə bu sənədə imza atmamaqla, düzgün addım atıb”.

Qeyd edək ki, bu gün Avropa Şurasının 20 üzv dövləti Rusiyanın Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququnun yenidən bərpa edilməsinə qarşı çıxan deklarasiyaya imza atıblar.

Tarix
2017.12.15 / 22:13
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla