Yuxarı

Cocuq Mərcanlıda nə qədər ərazi yoxlanıldı? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, Cocuq Mərcanlıda gün ərzində 9 min 800 kvadratmetr ərazi tam yoxlanılıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb.

Cocuq Mərcanlıda iyirmi səkkiz gün ərzində 11 partlamamış hərbi sursat (bir F-1 əl qumbarası, bir UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və beş tank əleyhinə idarə olunmayan raket (PQ-7) və iki piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 497 min 100 kvadratmetr ərazi tam yoxlanılıb, 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə yoxlama üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 15-dək ölkə üzrə, ümumilikdə, 7534 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 669 min 588 kvadratmetr ərazi yoxlanılıb.

Tarix
2017.12.15 / 22:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla