Yuxarı

ABŞ-ın 2018 planı: Rusiya addım-addım çökdürülür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ildə dünyada gərginlik artacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Trampın açıqlayacağı ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən deyib. O bildirib ki, mətn hələ dərc edilməsə də, sənədin fəlsəfəsi və mühüm məqamları ümumi şəkildə məlumdur:

“Tramp seçilərkən onun özünütəcrid siyasəti aparacağına dair gözləntilərin əksinə olaraq, yeni strategiyada ABŞ-ın dünyada mövqelərini möhkəmləndirmək məqsədi qarşıya qoyulub. Bu məqsədi reallaşdırmaq yönündə həyata keçiriləcək siyasət Reyqanın adıyla bağlı olan “güc vasitəsilə sülh” formulu ilə ifadə edilir. Əslində, bu formul ilk dəfə ABŞ-ın məşhur dövlət katiblərindən və NATO-nun yaradıcılarından olan Açeson tərəfindən 1950-ci ildə ifadə olunmuşdu. Açeson bildirmişdi ki, SSRİ ilə danışmağın yeganə yolu güc nümayişidir”.

Politoloqun sözlərinə görə, Trampın elan edəcəyi yeni strategiyada Çin və Rusiya yenə əsas hədəflər sırasındadır:

“Rusiya II Dünya müharibəsindən sonra formalaşmış dünya düzənini dağıdaraq sərhədləri zorla dəyişdirməkdə ittiham olunur. Çin isə mövcud iqtisadi düzənə meydan oxumaqda, “iqtisadi aqressiya”da günahlandırılır. Digər düşmən dövlətlər kimi Şimali Koreya və İranın adları çəkilir”.

Politoloq vurğulayıb ki, bir neçə gün əvvəl imzalanan yeni hərbi büdcə (692 milyard) yeni milli təhlükəsizlik strategiyasında nəzərdə tutulan hədəflərə uyğun hazırlanıb:

"Əsgərlərin sayının artırılması, yeni hərbi gəmi və təyyarələrin istehsalı, Avropada Rusiya ilə mübarizə üçün 4,6 milyard ayrılması, Ukraynaya 350 milyon hərbi yardımına, ABŞ-ın Krım məsələsini qəflətən aktuallaşdırmasına - Rusiyadakı ABŞ səfirinin “Krım kimindir?” sualına cavab verdiyi video yayması, - Dövlət katibi Tillersonun “baxmayaraq ki, Putin Krımın müzakirə mövzusu olmayacağını çox aydın bildirib, amma bu məsələ müzakirə olunacaq” şəklində açıqlamasına məhz yeni strategiyanın işığında baxmaq lazımdır. NATO çərçivəsində atılan addımlar da buna paraleldir. Ötən ay NATO 2 yeni komandanlığın yaradılması barədə qərar qəbul etdi: bir komandanlıq transatlantik dəniz yollarının, hərbi logistikanın təhlükəsizliyinin təmin edilməsinə, digəri isə ABŞ-dan Avropaya hərbi qüvvə və texnikanın göndərilməsinin koordinasiyasına məsul olacaq. Avropadakı NATO ölkələrinin infrastrukturu (yollar, körpülər, limanlar, dəmir yolları) qısa müddətdə ABŞ-dan lazımi miqdarda canlı qüvvə və hərbi texnikanın qəbuluna və nəzərdə tutulan məntəqəyə çatdırılmasına uyğun hala gətiriləcək”.

Politoloq qeyd edib ki, ABŞ-Rusiya münasibətlərində gərginlik yaradacaq növbəti məsələ Konqresin qəbul etdiyi sanksiya qanununun (CAATSA) müddəalarının mərhələ-mərhələ həyata keçirilməsidir:

“Gələn ilin fevralına qədər ABŞ hökuməti Rusiyanın aqressiv xarici siyasətində rolu olan, Putinin yaxın çevrəsindəki oliqarxlar, iş adamları, dövlət rəsmiləri, eləcə də onların ailə üzvləri, övladları barədə geniş məlumatların əksini tapdığı siyahını Konqresə təqdim edəcək. Bu siyahı əsasında Konqresdə həmin şəxslərə səyahət qadağası və Qərbdəki aktivlərinin dondurulması başda olmaqla, sərt sanksiyalar tətbiq olunacaq. Digər sanksiya aləti qlobal Maqnitski Aktıdır və bu qanun çərçivəsində də Rusiya və digər ölkə vətəndaşlarına qarşı personal sanksiyaların tətbiqi planlaşdırılır”.

Tarix
2017.12.16 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla