Yuxarı

Səfirimiz Abbas Abbasovla şərikli biznes yaradır – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yekaterinburq şəhərindəki Azərbaycan icması bu şəhərdə böyük meyvə-tərəvəz bazası tikdirir.

Axar.az xəbər verir ki, bu barədə "Uralinformbüro" agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, regionun ən böyük bazası həmişə qalmaqallı və kriminal hadisələrlə yadda qalmış 4 saylı tərəvəz bazasının nəzdində tikiləcək.

Agentliyin məlumatında o da qeyd edilir ki, artıq Sverdlovsk vilayətinin qubernatoru və Yekaterinburq şəhərinin vitse-meri Viktor Konteyevlə bazanın açılışı ilə bağlı işgüzar söhbətər də olub. Onunla işgüzar söhbət aparan şəxs isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Agentliyin məlumatına görə, səfir bazanın yaradılmasıyla bağlı şəxsən özü lobbiçilik edib.

Bazanın gerçək sahibinin isə Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlınskidir. Rusiya Azərbaycanlıları Konqresinin yerli qurumuna rəhbərlik edən Şıxlinski isə bu işdə tək deyil.

Axar.az-a daxil olan məlumata görə, onun bu işdə şəriki Baş nazirin keçmiş 1-ci müavini Abbas Abasovdur. Bazanı meyvə-tərəvəzlə məhz Abbasovun Vorenejdə yerləşən istixanaları təmin edəcək.

Abbas Abasovun Voronej vilayətində hektarlarla torpaq sahəsinə malik olması və yüzlərlə tərəvəz yetişdirən istixanalarının olması barədə isə bir müddət əvvəl media xəbər yayıb.

Tarix
2014.07.10 / 15:45
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla