Yuxarı

Sərkisyana “gəzəyən qadın” ittihamının pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın daxilində ciddi mübarizələr gedir və bu hakimiyyət mübarizəsində ruspərəst qüvvələr üstünlük qazanmağa çalışırlar. Onlar buna nail olacaqlar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli 2018-ci ildə Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticələrinin necə olacağı ilə bağlı danışarkən deyib. O bildirib ki, Ermənistanda vəziyyətin gərginləşəcəyini proqnozlaşdırmaq mümkündür:

“Çünki 2018-ci ilin martında Ermənistanda prezident seçkiləri keçiriləcək və Sərkisyan prezident postundan gedəcək. Sərkisyan hələ də ölkəni parlamentar üsul-idarəsinə keçirməklə planlarını gerçəkləşdirəcəyini düşünür. Çünki Ermənistanda icraedici hakimiyyət artıq prezident deyil, baş nazir olacaq. Ancaq indiki Baş nazir Karen Karapetyan öz mövqeyini Sərkisyana təhvil vermək fikrində deyil. Ona görə ki, o, Moskvanın adamıdır və Moskvanın təzyiqi ilə bu posta gətirilib”.

Politoloq qeyd edib ki, son zamanlar Sərkisyanın Avropa Birliyi ilə ikili tərəfdaşlıq proqramına imza atması Moskvada qəzəblə qarşılanıb:

“Moskva televiziyaları onu “gəzəyən qadın” kimi təqdim edərək, çox pis şəkildə təhqir edib. Televiziyalar bu yöndə debatı ən azı iki-üç gün davam etdirib. Moskvanın özü də bəzi məsələlərdə Ermənistana təzyiq göstərmək istəyib. Bu günlərdə Rusiya sərhədçilərinin sayının Ermənistanda ixtisar ediləcəyi barədə qeyri-rəsmi xəbərlər yayılır. Nəzərə almalıyıq ki, Rusiya hərbə ayrılan dövlət büdcəsini hiss ediləcək dərəcədə azaldıb. Təbii ki, bu, xaricdə saxlanılan qoşunlar üçün ayrılan büdcəyə də aiddir. Ona görə də indiyə qədər Ermənistan sərhəd xidmətlərini rus hərbi qüvvələri qoruyurdusa, bundan sonra müəyyən dəyişikliklərin olacağı istisna deyil. Mümkündür ki, rus sərhədçilərin Ermənistanda qalmasının maddi yükünün İrəvanın daşımalı olduğu barədə məsələ də aktuallaşsın. Bu isə İrəvan üçün çox böyük vəsait və yenidənqurma işlərinin aparılması deməkdir. Rus sərhədçilərin artıq Ermənistan-Türkitə sərhədində qurduqları istehkam qüllələrini və digər qurğuları sökdükləri barədə məlumat da təsdiqlənib. Doğrudur, rəsmi açıqlamada müşahidə qüllələrinin modernizasiya üçün söküldüyü və yenilərinin qurulacağı qeyd edilib. Ancaq erməni mediasının bunu rus sərhədçilərin ölkədən çıxması kimi təqdim etməsi əsassız deyil. Bu, Rusiya-Ermənistan münasibətlərinin hazırkı səviyyəsi və Rusiyanın təzyiqi kimi də qəbul edilə bilər”.

Qabil Hüseynli vurğulayıb ki, Sərkisyanın baş nazir postuna gəlmək yolları bağlanır:

“Karapetyan bir neçə gün bundan əvvəl Dağlıq Qarabağa səfər etdi, bir sıra nümayişkaranə tədbirlər həyata keçirdi. Karapetyanın işğal altında olan Qarabağdakı erməni qoşunlarının komandanlığı ilə böyük müşavirə keçirməsi təsadüfü deyildi”.

Tarix
2017.12.18 / 10:57
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla