Yuxarı

“Əl-Əhram”: Nümayəndələrin Bakıya səfəri... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin geniş oxucu auditoriyasına malik “Əl-Əhram” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair məqalə dərc edib.

Axar.az xəbər verir ki, “Əl-Əhram” qəzetinin aparıcı redaktoru Məhəmməd Həbib misirli jurnalistlərin ölkəmizə səfəri zamanı keçirdikləri görüşlərdən yazıb.

Nümayəndə heyətinin Bakıya səfərini səmərəli və yaddaqalan adlandıran müəllif qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdə Misir nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən inkişaf prosesləri, ölkədə multikulturalizm və dini tolerantlıq mühitinin formalaşması və dərinləşməsi barədə məlumatlandırılıblar.

Görüşdə Əli Həsənov misirli qonaqlara dünyada İslam həmrəyliyinin gücləndirilməsi yolunda Azərbaycanın həyata keçirdiyi tədbirlərdən danışıb, müsəlman dünyasının üzləşdiyi problemlərin həlli üçün elmi biliklərin daha da artırılmasının önəmini vurğulayıb. Azərbaycanın da Misir kimi dünya sivilizasiyasının zənginləşməsinə töhfələr verdiyini qeyd edən Prezidentin köməkçisi bu uğurların təbliği üçün müsəlman ölkələrinin mətbuat nümayəndələri, o cümlədən Azərbaycan və Misir KİV-ləri arasında əməkdaşlığın vacibliyinə diqqəti cəlb edib.

Görüşdə Əli Həsənov misirli qonaqlara əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, həmrəylik, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoqa əsaslanan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb.

Əli Həsənovun Azərbaycanda mövcud olan tolerantlıq mühiti barədə fikirlərinə yer ayıran müəllif bildirir ki, burada təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşaması bir çox ölkələr üçün nümunədir.

Jurnalist Məhəmməd Həbib misirli nümayəndələrlə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edir. O yazır ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov müsəlman alimlərin, o cümlədən misirli alimlərin dünya elminə verdikləri töhfələri diqqətə çatdırıb. Görüşdə dünyada nüfuz sahibi olan elm adamlarının yetişməsi üçün əlverişli elmi mühitin vacibliyi qeyd edilib.

Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirir. Bildirilir ki, konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov ölkəmizin İslam həmrəyliyinin, multikulturalizmin gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb, terror və belə mənfi halların qarşısının alınması üçün müsəlman aləminin birliyinin zəruriliyini qeyd edib. Çıxışlarda İslam həmrəyliyinin İslam ümməti üçün tarixi önəm daşıdığı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin hazırkı vəziyyətdə xüsusilə zəruri olduğu, bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.

“Əl-Əhram” qəzetinin aparıcı redaktoru nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır. Məlumat verir ki, səfir ölkələrimiz arasında əlaqələrin tarixindən danışıb. Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət əlaqələrindən bəhs edən Əhməd Sami əl-Aydi Azərbaycanın bir çox ali təhsil müəssisələrində, o cümlədən ADA Universitetində misirli tələbələr üçün təqaüdlər təqdim edildiyini, eləcə də Qahirə Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçdiklərini diqqətə çatdırıb.

Tarix
2017.12.18 / 18:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla