Yuxarı

Prezidentin “Şöhrət” ordeni verdiyi şəxslər kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İlqar Bəylərov və İlqar İsbatov “Şöhrət” ordeni ilə təltif ediliblər.

Axar.az xəbər verir ki, İlqar Xıdır oğlu Bəylərov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin katibi, əməkdar memar, “IBA GROUP” memarlıq şirkətinin direktorudur.

1961-ci il təvəllüdlü İ.Bəylərov 1983-cü ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib, Bakı Baş Tikinti İdarəsində, sonra SSRİ Elmlər Akademiyasında işləyib, 1993-1998-ci illərdə ASİA PLUS müəssisəsində, 1998-2012-ci illərdə ATTİLA KM-də direktor olub.

İ.Bəylərovun layihələri əsasında Bakıda “Debüt Bank”ın inzibatı binası, Altes Park, Altes Plaza, “Sun City” və bir çox başqa hündürmərtəbəli yaşayış evləri, Qazax, Bərdə, Zaqatala, Gəncə, Tovuz, Dəvəçi, Xızı, Daşkəsən, Yevlax, Ağcabədi və b. şəhərlərdə Müalicə-diaqnostika mərkəzləri və xəstəxanalar, sağlamlıq kompleksləri və reabilitasiya mərkəzləri tikilib.

İlqar Aydın oğlu İsbatov isə Bakı Dövlət Layihə İnstitutunun direktorudur, əməkdar memardır.

1964-cü il təvəllüdlü İ.İsbatov 1987-ci ildə Moskva Memarlıq İnstitutunun şəhərsalma fakültəsini fərqlənmə diplomu ilə bitirib, Bakı Dövlət Layihə İnstitutunun Bakı şəhərinin Baş Planını işləyib hazırlayan emalatxanada işə başlayıb. Fəaliyyəti dövründə 100-dən artıq memarlıq layihəsi hazırlayıb və həyata keçirib. 13 fevral 2008-ci ildə İ.İsbatov Bakı Dövlət Layihə İnstitutuna direktor vəzifəsinə təyin edilib.

Neftçilər və İstiqlaliyyət küçələrindəki binaların fasadlarının yenidən qurulmasında, Yeni Yasamal, C.Quliyev, H.B.Zərdabi, M.İbrahimov küçələrindəki yaşayış komplekslərinin layihələndirilməsində, FHN Akademiyasının təhsil korpusunun, Qəbələ İcra Hakimiyyətinin inzibati binasının, 132-134, 6 və 18 saylı məktəblərin, Nizami küçəsində ticarət mərkəzinin, yüksək mərtəbəli ofis binasının və s. layihələrin hazırlanmasına rəhbərlik edib və müəllifi olub.

2009, 2010, 2011-ci illərdə ölkədaxili və MDB məkanında keçirilən ilin ən yaxşı layihələri və tikintisi nominasiyaları üzrə müsabiqələrin qalibi və laureatı olub. 2009-cu ildə başlanılan və 2011-ci ildə təhvil verilmiş Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsinin müəlliflərindən biri və layihənin baş memarı olub. Onun rəhbərliyi altında hazırda Böyük Bakının Regional İnkişaf Planının hazırlanmasında Bakı Dövlət Layihə İnstitutu Baş Koordinator kimi iştirak edir.

Tarix
2017.12.19 / 23:15
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla