Yuxarı

Ermənistana sarsıdıcı mesaj: Azərbaycan tezliklə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hərbi-elmi qanunlara uyğun olaraq yaratdığı ordusunun bütün təminatını öz üzərinə götürməyi qarşısına məqsəd qoyub.

Bu sözləri Axar.az-a Müdafiə sənayesi naziri Yavər Camalovun “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycanın müdafiə sənayesi ən modern və mükəmməl inkişaf mərhələsindədir” başlıqlı məqaləsini şərh edən hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılmasında əsas məqsəd ölkəmizin silah ixrac edən dövlətə çevrilməsini təmin etməkdir:

“Azərbaycan dəfələrlə beynəlxalq sərgilərdə uğurlar qazanıb. Nazirimizin son açıqlamasında verdiyi mühüm mesajlar Azərbaycanın gələcəkdə silah və ağır texnika istehsal edə biləcəyindən xəbər verir. Ölkəmiz bu istiqamətdə uğrulu adımlarını atmaqdadır. Azərbaycanın güclü ordusu ilə bərabər, güclü müdafiə sənayesi potensialı var. Aprel hadisələrində də öz yerli məhsullarımız sınaqdan çox uğurla çıxdı. Bunu təlimlərimiz də sübut edir və ölkəmizə maraq getdikcə artır. Azərbaycan prezidentinin vaxtında atdığı düşünülmüş addımlar həm ölkə iqtisadiyyatının, həm də ordunun inkişafına böyük töhfə verdi”.

Ekspert hesab edir ki, Azərbaycanın müdafiə sənayesinin irəliləməsi Qarabağ məsələsinin həllinə də ümidlər yaradır:

“Bir sıra siyasi və hərbi məsələlər var ki, onlar tamamilə Azərbaycanın xeyrinədir. Fikir verin, bu gün Azərbaycan dövləti magistrlərə möhlət hüquqi verir və orduya peşəkarları cəlb edir. İnsan resursu və iqtisadiyyatı olmayan Ermənistan isə bakalavrlara möhlət hüququnu ləğv edib. Bu, ölkəmizin apardığı uğurlu siyasətin nəticəsidir. Artıq ermənilər də Qarabağın onların olmadığını qəbul edirlər”.

Qeyd edək ki, Müdafiə sənayesi naziri Yavər Camalov sözügedən məqaləsində Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının respublikanın digər qurumları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin də qarşısında böyük öhdəliklər qoyduğunu bildirib. Nazir həmçinin düşmənin PUA-larını endirmək üçün cihazların hazırlanması istiqamətində işlərin aparıldığını, İsrailin “Aeronautika” şirkəti ilə birgə müəssisə yaradıldığını və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) istehsal edildiyini, Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqların aparıldığını da qeyd edib.

Tarix
2017.12.20 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla