Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2018


Üzeyir Cəfərov nazirlikdəki sirləri açacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Şəxsi Heyət baş idarəsi tərbiyə işləri idarəsinin rəisi, general-mayor Vaqif Məmmədovun vəzifədən kənarlaşdırılmasının səbəbləri ilə bağlı ilginc məlumatlar yayılıb.

"Axar.az"ın "AzNews.az"a istinadən xəbərinə görə, bir neçə gün əvvəl məzuniyyətə göndərilməsi adı ilə vəzifəsindən kənarlaşdırılan Vaqif Məmmədov nazirlikdəki kadr dəyişiklikləri ilə bağlı xəbərlərin mətbuata çıxmasında şübhəli bilinib. Məlumatı bizimlə bölüşən mənbənin dediklərinə görə, Səfər Əbiyevin əsas kadrlarından biri kimi tanınan general keçmiş "şef"i işdən çıxarılandan sonra mediaya yol tapan məlumatları hərbi ekspert, jurnalist Üzeyir Cəfərovun vasitəsilə həyata keçirirmiş. Ü.Cəfərovun nazirlikdə baş verən kadr dəyişiklikləri və generalların məzuniyyətə göndərilmələrinin əsl səbəbləri haqda son günlər mətbuata yeni xəbərlərin verə bilməməsinin kökündə də bu dayanır.

Xatırladaq ki, ötən həftə general-mayor Vaqif Məmmədovun hələlik məzuniyyətə göndərildiyi, ancaq onun sonradan vəzifəsi ilə vidalaşacağı barədə xəbəri yaymışdıq. İlkin məlumat kimi orduda qeyri-döyüş itkilərinin artmasında məhz V.Məmmədovun adı hallandırılıb. Həmçinin, V. Məmmədovun kənd təsərrüfatı nazirinin sabiq müavini, keçmiş müdafiə naziri ilə kirvəliyi olan Aslan Aslanovla bağlılığı da xüsusi yer tutub. Xəbərə münasibət bildirən Üzeyir Cəfərov isə bildirib ki, Vaqif Məmmədovla onun şəxsi münasibətləri heç zaman olmayıb. Yalnız orduda xidmət etdiyi dövrdə bir neçə dəfə ümumi tədbirdə iştirak ediblər: "Çünki biz ayrı-ayrı qoşun növlərində xidmət etmişik. Heç bir zaman da yollarımız kəsişməyib. O mənim güdazıma gedə bilməz. İnformasiyanın bu şəkildə mətbuata yol tapması da maraqlıdır. Əgər belə bir əlaqəmiz olsaydı, açıq şəkildə deməkdən çəkinməzdim".

Ü.Cəfərov əlavə edib ki, kadr siyasəti ilə bağlı məlumatları müdafiə nazirinin ən yaxın çevrəsindən alıb: "Hətta Baş Qərargah rəisi Nəcməddin Sadıqovun yaxın ətrafında olub, məcburən onun əmrlərinə tabe olan adamlar da baş verənlərlə bağlı mənimlə öz fikirlərini bölüşürlər və faktları çatdırırlar. Söhbət burada döyüş-əməliyyat məlumatlarından getmir. Nəcməddin Sadıqovun atmaq istədiyi addımlar, etdiyi hərəkətlər, qeyri-qanuni işlər, zabitlərə qarşı təhqirləri, həmin şəxslərin gözü qarşısında olub. Buna görə də çəkinmədən deyirəm ki, açıqlamışam, açıqlayıram və bundan sonra da mətbuata Müdafiə Nazirliyində baş verən neqativ halları açıqlayacağam".

Ü.Cəfərov qeyd edib ki, onun nazirlikdəki kadr dəyişiklikləri ilə bağlı xəbərləri ordu rəhbərliyi üçün avantaj rolunu oynayıb: "İlk gündən Zakir Həsənovun təriflənilməsi mövqeyində dayanmağın əleyhdarı olmuşam. Artıq onun nazir təyin olunmasının bir ayı tamam oldu və gördüklərimin yalnız az hissəsini açıqlamışam. Yəqin ki, Müdafiə Nazirliyində son bir ayda baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəyik. Bu konfransda mətbuatın diqqətinə çox incə məqamları çatdırcayıq".

Tarix
2013.11.25 / 11:33
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Erməni əsirlərlə azərbaycanlı girovlar dəyişdiriləcək? - Video

Əliyeva DİN rəhbərlərinə çağırış etdi ki... - Politoloq

Yelisey Sarayından Qarabağla bağlı bəyanat

Putin NATO-ya cəhənnəm vəd etdi: Qəzəbin səbəbi – Təhlil

Rubl, lirə, rial ölür: manata necə təsir edəcək? – Şərh

Çin ABŞ-ın İran siyasətini məhv edir – Şərh

Onlar Rusiya ilə müharibə istəyirlər - Tramp

İrəvanın Bakı əleyhinə standart şüarları... - Millət vəkili

Putinlə görüş Trampın başına bəla oldu – Politoloq

Tramp bəşəriyyət naminə risklər edir – Maraqlı baxış

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla