Yuxarı

Rusiya ABŞ-ın MDB planını deşifrə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ MDB dövlətləri ilə bağlı yeni ssenarilər hazırlayır.

Bu sözləri Axar.az-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin ABŞ-ın MDB-də milli rəhbərlik sistemlərinin ləğvi prosesinə başladığına dair verdiyi bəyanatı şərh edən politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. O bildirib ki, Narışkinin sözügedən açıqlaması Rusiya kəşfiyyatının kifayət qədər məlumatlı olmasından xəbər verir:

“Onun bu açıqlamasını şübhə altına salmaq çox çətindir. Çox güman ki, ABŞ MDB dövlətləri ilə bağlı yeni ssenarailər hazırlayır. Bunu bir sıra MDB ölkələrində baş verən hakimiyyət dəyişikliyi, inqilablar, hökumətə qarşı etirazlar da sübut edir. ABŞ və Rusiya hazırda bir-birini müxtəlif sahələrdə ciddi ittiham edir. Bu isə Vaşinqtonla Moskva arasındakı gərginliyi daha da körükləyir. MDB-də baş verən son hadisələr də bu çəkişmələrin nəticəsidir”.

Politoloq İlqar Vəlizadə isə artıq belə bəyanatların ənənəvi hal aldığını qeyd edib:

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin məqsədi Kremlin maraq dairəsində olan regionlarda xarici ölkələrin nüfuzunun artmasının qarşısını almaqdır. Narışkinin həmin bəyanatı da Moskvanın bu məqsədləri ilə əlaqədardır. Əslində, ötən il ABŞ Administrasiyasının bir çox MDB ölkələri ilə münasibətlərində gərginlik yaşandı. Çünki ABŞ-ın həmin ölkələrin daxili işlərinə müdaxiləsi artmışdı. O üzdən Narışkinin həmin açıqlamasında müəyyən həqiqət payı var. Ancaq hazırkı ABŞ Administrasiyası fərqli siyasət apardığından bu barədə birmənalı fikir söyləmək çətindir”.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin Moskvada keçirilən iclasında Rusiyanın siyasi rəqiblərinin MDB ölkələri arasındakı ticarətin artırılmasına, hesablaşmalarda milli valyutadan istifadəyə və tranzit imkanlarının inkişafına problem yaratdığını bildirib: “ABŞ-ın bu fəaliyyəti onun bizim ölkələrə qarşı hibrid müharibəsi aparmasını deməyə əsas verir”.

Tarix
2017.12.23 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla