Yuxarı

İlham Əliyevlə bağlı kitab Düşənbədə - Çap

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşənbədəki “Şarki ozod” nəşriyyatı yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabını tacik dilində çap edib.

Axar.az xəbər verir ki, kitabı tacik dilinə Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət himninin müəllifi, Xalq Şairi Qolnazar Keldi tərcümə edib.

Nəfis şəkildə tərtib olunmuş kitabda postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı, sadə və aydın dildə söhbət açılır, onun uğur fenomeni təhlil edilir.

Müəllif xalqımızın ümummilli lideri Heydər Əliyevi və Azərbaycan Prezidenti İlham Əliyevi yaxından tanıyan insanlardan aldığı müsahibələrdən geniş istifadə edib. Kitabda toplanan sənədlərin və faktların dili ilə Azərbaycan Prezidenti İlham Əliyev haqqında oxuculara ətraflı məlumat verilir, onun tanınmış siyasətçi obrazı yaradılır.

Qeyd edək ki, Qulnozar Keldinin tərcüməsində Elmira Axundovanın Ulu Öndər haqqında yazdığı 7 cilddən ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” və Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları Tacikistan oxucularına çatdırılıb və populyarlıq qazanıb.

Tarix
2017.12.25 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla