Yuxarı

Türkiyə Suriya siyasətində təklənir – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Türkiyə tək qalıb. Əgər Türkiyə Afrini terrorçulardan təmizləsə, bu, Türkiyənin regional gücünə qatqı verəcək. PKK terror təşkilatına ciddi zərbə vurulacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya və Suriyanın planı İdlibdə Türkiyənin dəstəklədiyi silahlı müxalifəti sıradan çıxartmaqdır:

“Hazırda Suriyada İŞİD məğlub edilib. Türkiyənin dəstəklədiyi İdlib regionunda Azad Suriya Ordusu və müəyyən silahlı qruplar var. Bu silahlı qruplar Əsədə qarşı silahlı müxalifətdi və onların məğlub edilməsi, Moskva üçün əsas priorittedir. İŞİD və yaxud hər hansı svil silahlı müxalifət Rusiya üçün Əsədə qarşı eynidir. Moskva Əsədə qarşı heç bir silahlı qrupların mövcudluğunu qəbul etməyəcək. Rusiyanın Hmeymim hərbi bazasına hücumların təşkilində məhz Rusiyanın İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qrupları qeyd etməsi, əsasən bu silahlı qrupların sıradan çıxarılmasına hesablanıb”.

Politoloqun sözlərinə görə, Suriya qoşunlarının və Rusiya aviasiyasının hücumları Türkiyənin nəzarətində olan İdlibdə silahlı qrupların vurulması, Ankara-Moskva arasında əlaqələrdə yenidən problemlərə yol açır:

“Ərdoğanın Əsədi qəbul etməməsi və İdlibdə silahlı qrupların istənilən vaxt Əsədə qarşı silahlı müharibəyə başlamaq ehtimalı, Rusiyanı narahat edən məqamlardandır. Artıq Ərdoğanın Suriya siyasəti Putinin maraqlarına cavab vermir. Göründüyü kimi, Ankara, Vaşinqton və Moskva ilə Suriyada toqquşur”.

Politoloq vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində ABŞ-ın dəstəklədiyi YPG terrorçularını top atışı ilə vurması, yeni hərbi əməliyyatlardan xəbər verir:

“Şimali Suriyada Afrində güclənən YPG terorçularının müasir silahlarla Türkiyə üçün təhdid olması ortadadır. Ankara Afrin əməliyyatlarına başlasa, YPG terorçuları müasir ABŞ silahları ilə Türkiyə ordusuna ciddi şəkildə təzyiq göstərə bilər. Bu da şiddətli döyüşlərin davam etməsinə gətirib çıxarar. Təbii ki, burada ABŞ-ın siyasəti həlledicidir. Əgər ABŞ YPG-ni Türkiyə ilə döyüşə göndərərsə, bu, ABŞ-Türkiyə müharibəsi olacaq”.

Qeyd edək ki, İdlibdə bəzi ərazilər Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılşamaya əsasən, təhlükəsiz bölgə elan edilməsinə baxmayaraq, buradakı bəzi kəndlərə ötən gün və bu gün hava hücumu təşkil edilib. Rusiya və Suriya ordusunun keçirdiyi əməliyyat nəticəsində 14 sadə vətəndaş həyatını itirib, 10 nəfərin isə yaralandığı bildirilib.

Tarix
2018.01.14 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla