Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


Anar Məmmədliyə ölkədən çıxmaq qadağan olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin ölkədən kənara çıxmasına qadağa qoyulub.

Bu barədə Gozetci.az portalına A.Məmmədli məlumat verib:

"Bu gün mənə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsindən bildirdilər ki, noyabrın 27-29-da Vilnüsda keçiriləcək Avropa Birliyi və Şərq Tərəfdaşlıq ölkələri sammitində iştirak edə bilməyəcəm. Çünki ölkənin bütün sərhəd-keçid məntəqələrində mənim hərəkət azadlığımın məhdudlaşdırılması barədə göstəriş verilib.

Xatırladım ki, Vilnüs sammitinə dövlət nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Platformasının üzvü olan 10-dan artıq QHT nümayəndəsi dəvətlidir və mənim iştirakım iki ay öncədən planlaşdırılıb. Bu barədə Baş Prokurorluğu 2 həftə öncə məlumatlandırmışam. Sonuncu dəfə ötən həftə tədbirdə iştirak üçün səfər etmək imkanımı soruşmuşam. Bununla bağlı məndən geniş məlumat istəyiblər və ətraflı məlumat vermişəm. Ancaq bu gün zəng edib bildirdilər ki, ölkə sərhədlərini tərk edə bilmərəm və bu qadağa ən azı istintaqın sonunadək davam edəcək.

İstintaqın başlamasından artıq 1 ay ötür və ötən müddət ərzində SMDT üzvlərinin ifadə azadlığı, birləşmək, toplaşmaq və seçki hüququnu məhdudlaşdıran istintaq prosesi aparılıb. İndi isə bizim hərəkət azadlığımızı məhdudlaşdırdılar. Buna da dözəcəyik və bu prosesin sonunu səbrlə gözləyəcəyik!"

Tarix
2013.11.25 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyevlə Ərdoğanın "Star"la tanışlığından - Fotolar

Vasif Talıbov onları təltif etdi - Siyahı

Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik

Teleqüllə ətrafında sürüşməyə meyilli iki zona tapıldı

Əliyev və Ərdoğanın bu layihəsi... - PA rəsmisi

Qətl niyə İstanbul küçəsində yox, konsulluqda baş verdi?

İrəvanın böhrandan çıxma yolu: Qarabağ şərti… - Dursun Çiçək

Türkiyə BVF-siz də böhrandan çıxa bilər - Şərtlər

İrəvanın iqtisadiyyatı var ki, böhran da vursun?! – Professor

Nikola ittiham: İrimiqyaslı “korrupsiya büdcəsi”

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla