Yuxarı

ABŞ təklənir: İran qərbdə böyük üstünlük qazanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-İran gərginliyi gələcəkdə Vaşinqtonun Qərb dövlətləri ilə münasibətlərinə də mənfi təsir göstərəcək. Brüsseldə Avropa Birliyinin xarici işlər nazirləri ilə İranın Xarici İşlər naziri Cavad Zərif arasındakı görüş göstərir ki, birlik Tehranla daha praqmatik münasibətlərin tərəfdarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert ABŞ-İran münasibətlərinin getdikcə daha da gərginləşdiyini bildirib:

“AB nazirləri bir neçə il öncə İranla nüvə proqramına dair bağlanmış sazişin yerinə yetirildiyini təsdiqləyiblər və bununla bağlı bəyanat da yayıblar. ABŞ-dan başqa digər oyunçular İranla nüvə sazişini qənaətbəxş hesab edirlər və çalışırlar ki, bu məsələ yeni bir böhrana gətirib çıxarmasın. Onsuz da region böhranlı vəziyyətdədir və ikinci böhran heç kimə lazım deyil. Rusiya və Çin də sazişin iştirakçısı kimi ABŞ-dan fərqli münasibət ortaya qoyublar. Ancaq sazişdən çıxmaq niyyətində olan ABŞ indi də Avropa ölkələrini hədələyir. ABŞ-ın razılaşmadan çıxması istisna olunmur. Bu o demək deyil ki, digər oyunçular da eyni mövqeni sərgiləyəcəklər. Ancaq bu durum ABŞ-la onun Avropa tərəfdaşları arasındakı münasibətlərə də sirayət edəcək və ziddiyyətlər qaçılmaz olacaq. Fikir verin, Donald Tramp Böyük Britaniyaya çoxdan planlaşdırılan səfərini təxirə salıb. Bu kontekstdə hesab edirəm ki, ABŞ-İran gərginliyi gələcəkdə Vaşinqtonun Qərb dövlətləri ilə münasibətlərinə də mənfi təsir göstərəcək”.

Qeyd edək ki, ABŞ bundan öncə İrana qarşı sanksiyaların ləğvi müddətini uzadıb. Tramp isə daha sonra bəyanat yayaraq, bunun İranla nüvə razılaşmasının davam etdirilməsi üçün sonuncu şans olduğunu bildirib. O, Avropadakı müttəfiqlərindən İranla nüvə razılaşmasına əlavələr edilməsini istəyib. Tramp həmçinin bu müddət ərzində heç bir əlavələ olmayacağı təqdirdə ABŞ-ın nüvə razılaşmasından çıxacağını bildirib.

Tarix
2018.01.16 / 08:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla