Yuxarı

ABŞ Afrin əməliyyatına mane olacaqmı? - Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasındakı münasibətlərdə kürd seperatçı qruplaşmaları problem olaraq qalır. Bu məsələ hər zaman müzakirə predmeti olub.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, istər bundan əvvəl Fəratın sol sahilində keçirilən əməliyyatlar zamanı, istərsə də ondan sonrakı proseslərdə ABŞ hər zaman ya birbaşa, ya da dolayı yolla kürd qruplaşmalarını dəstəkləyib:

“Bunun əsas səbəbi Yaxın Şərq bölgəsində baş verən proseslərdə ABŞ-ın kürd qruplaşmalarından müttəfiq olaraq öz məqsədləri üçün istifadə etməsidir. Kürd birləşmələri də hər zaman öz fəaliyyətlərində ABŞ-dan yararlanıb. Bu baxımdan Türkiyənin Afrin əməliyyatı, əslində, Suriyanın şimalında onsuz da mövqeləri kifayət qədər zəifləmiş olan kürd qruplaşmalarını bir çox strateji möqelərindən, məntəqələrindən çıxara bilər. Təbii ki, bu, ABŞ-ın maraqlarına uyğun deyil. Bu bölgədə ABŞ-ın yardım göstərdiyi qüvvələrin əsasən kürd qruplaşmaları olduğunu nəzərə alsaq, bu səbəbdən ABŞ-ın bəyanatlarını və kürd qruplaşmalarının Suriyanın şimalında aktivləşməsini təbii sayıram”.

Analitik qeyd edib ki, ABŞ bu məsələlərdə sona qədər kürd qruplaşmalarını birbaşa olmasa da, dolayı yolla dəstəkləyəcək:

“Amma ABŞ bu əməliyyatların başlamasına mane olmayacaq. Sadəcə olaraq, Türkiyənin bu əməliyyatları həyata keçirəcəyi müddətdə Türkiyənin qarşısına qoyduğu hədəflərə daha tez və rahat çatmasına mane olacaq”.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsindəki YPG mövqelərinə artilleriya zərbələri endirib. Həmçinin Suriya sərhədinə hərbi kortej göndərib.

Tarix
2018.01.16 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla