Yuxarı

Məmmədyarov-Nalbəndyan görüşü: İrəvan inamlı təkliflə gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun bu açıqlamalarına ehtiyatlı yanaşmağın tərəfdarıyam. Çünki təmas xətti boyunca hadisələrin sakitləşdirilməsi, atəşkəs rejiminə əməl edilməsi haqqında Lavrovun fikirləri, bir növ, münaqişənin dondurulması istiqamətində atılmalı olan addımlara bənzəyir.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasına münasibət bildirərkən deyib. O qeyd edib ki, sanki Lavrov Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri üçün daha əlverişli şəraitin yaradılmasını istəyir:

“O, bununla da cəbhədə tam sakitlik olmasını arzulayır. Doğrudur, Lavrov açıqlamasında cəbhə boyunca atəşkəs rejiminə əməl edilməsinin sülh proseslərinə keçmək üçün şərait hazırladığını da bildirib. Amma maraqlısı budur ki, bundan əvvəl Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan da buna bənzər fikir söyləmişdi. O, Ermənistan tərəfinin sülhyaratma prosesini yenidən işə salmaq üçün hansısa təkliflər hazırladığını və bu təkliflərin sülhyaratma prosesinə təkan verə biləcəyini iddia etmişdi. Lavrovla Nalbəndyanın sözlərinin üst-üstə düşməsi onu göstərir ki, onların hər ikisi də cəbhədə sakitliyə nail olmaq istəyir və yeni müharibə təhlükəsinin qarşısını almağa çalışır. Amma irəli sürüləcək yeni təkliflər haqqında hələ ki məlumat yoxdur”.

Politoloq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də baş tutması gözlənilən görüşü haqda da danışıb:

“Bu görüş zamanı bir sıra təkliflərin müzakirəsi gözlənilir. Çox inanmaq istərdik ki, Ermənistan bu məsələdə səmimidir. Rusiya da səmimi surətdə sülhyaratma prosesini dəstəkləyir. Xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin sülhyaratma prosesində dönüş əmələ gətirə biləcək təkliflər irəli sürməsini arzulayardıq. Ancaq hər dəfə danışıqlar prosesi Ermənistanın təqsiri üzündən mənasız bir toplantıya çevrilir. Lakin bu dəfə artıq Moskvanın da münaqişənin həlli üçün siyasi iradə ortaya qoyduğu hiss olunur. Ermənistan isə çox inamlı şəkildə yeni təkliflərin Azərbaycan tərəfindən çox rəğbətlə qarşılanacağını iddia edir”.

Politoloq vurğulayıb ki, Ermənistanın açıqlamalarında bu cür ifadələr səsləndirməsi Sərkisyanın hakimiyyətdə qalması üçün edilən siyasi manevrlərə bənzəyir:

“Çünki Sərkisyan siyasətdən uzaqlaşmaq istəmir. Buna görə də sülhyaratma prosesinin canlandırılması üçün müəyyən qədər siyasi iradə ortaya qoya bilər və məsələlərdə konstruktivlik nümayiş etdirər. Çünki erməni xalqının özü də müharibədən bezib. Hətta generallar belə müharibənin olmasını arzulamır. Proses sülh yolu ilə həllini taparsa, bu, bütün erməni xalqının ürəyincə olar. Sərkisyan da siyasi hakimiyyətdə qalma müddətini uzatmaq üçün blanş əldə edə bilər və Ermənistan xalqının müəyyən bir hissəsinin dəstəyini də qazanar”.

Politoloqun sözlərinə görə, Moskva və İrəvan danışıqlar prosesinin mart ayına qədər canlandırılmasını və müəyyən irəliləyişlər əldə edilməsini istəyir:

“Bu, daxili ictimai rəy üçün vacib elementlərdən biridir. Ermənistanın hərəkətlərində səmimiyyət olacaqsa, danışıqlar prosesi yeni bir stimul ala bilər. Ancaq bunun əksi baş verərsə, Sərkisyanın siyasi kariyerası bundan ağır bir zərbə alacaq. Bəzilərinin dediyi kimi, indi sülhyaratma prosesində unikal bir vəziyyət yaranıb və sülhyaratma prosesi irəliləyə bilər”.

Qeyd edək ki, RF xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə sualı cavablandırarkən indi əsas məsələnin təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdan ibarət olduğunu bildirib.

Tarix
2018.01.16 / 12:37
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla