Yuxarı

Fazil Mustafadan "Kəramət qalmaqalına" münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazıçı Kəramətin Xəlil Rza və şəhid oğlu haqqında söylədiklərinə görə üzr istəməsi doğru bir addımdır. Çünki kimsəni qızışdırıb Vətəni qorumağa göndərmirlər, bu bir könül işidir və Xəlil Rza da, oğlu da bu Vətənin şəhidləridir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Kəramət Böyükçölün Feysbuk statusu və bundan sonra başlayan qalmaqala münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, ata (Xəlil Rza) sözün şəhididir, oğlu da (Təbriz) savaşın şəhididir:

“Hər ikisinin Allah qatında mükafatı veriləcək. Bu məsələdə irad bildirənlər haqlı idi və bu üzrxahlığı da anlayışla qarşılamaq lazımdır. Xəlil Rzanın bir şair kimi qiymətləndirilməsi məsələsinə etirazlara gəldikdə isə, burada hansısa ittihamı sağlam düşüncə ilə uzlaşdırmaq olmaz. Bu bir ədəbi zövq məsələsidir, Xəlil Rzanın yaxşı, maraqlı şeirləri və tərcümə əsərləri ilə yanaşı, konyektura üçün yazılmış, bəzən də bədii dəyəri yüksək olmayan şeirləri də mövcuddur. Bu, əslində, Səməd Vurğuna da, Rəsul Rzaya da, Hüseyn Cavidə də, Bəxtiyar Vahabzadəyə də, Musa Yaquba da, Məmməd Araza da və onlarla dəyərli şair və yazarımıza münasibətdə də səsləndirilə biləcək fikirlərdir. Gözəl şeirlərlə yanaşı bəyənilməyən şeirlərin də olması bir reallıqdır və bunları qeyd edən şəxsləri ittiham etmək gülüncdür. O zaman ədəbi tənqidi kökündən qadanğan etmək lazımdır, çünki cəmiyyətimiz ancaq ədəbi tərifi sevir. Mənim sevdiyim şairlərin içində Əli Kərimin, Məmməd Arazın, Ramiz Rövşənin hansısa şeirlərini bəyənməməyim onların şairliyinə kölgə salmır ki? Bu cəmiyyətdə fikir, düşüncə boğucusu, kitab yandırıcısı olan insanlara geniş meydan vermək də təhlükəlidir. Onlar mətn oxumazlar, kitab oxumazlar, peşəkar daşqalaqçı güruhu kimi davranarlar. Sənətə, ədəbiyyata, tarixə, bu günə fərqli baxışların qorunması millətin inkişafı baxımından zəruridir, bu kimi mövzularda diskussiyalar vacibdir, mədəni müzakirəyə, düzgün düşüncəyə cəmiyyəti alışdıra bilməsək, adamlar evində söydüyü söyüşləri məntiqli, səviyyəli cavab yerinə sosial mühitə daşıyacaqlar”.

Tarix
2018.01.16 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla