Yuxarı

Səfir qonşu ölkədə azərbaycanlılarla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yanvarın 17-də Bolnisi rayonunun Zol-Güvəc kəndində soydaşlarımızın qayğıları ilə maraqlanıb.

Axar.az xəbər verir ki, Zol-Güvəc kənd orta məktəbində keçirilən görüşdə kənd sakinlərinin sosial qayğıları, Gürcüstan ictimaiyyətinə inteqrasiyası, təhsil və s. problemləri müzakirə olunub.

Görüşdə iştirak edən Bolnisi Rayon İcra Hakimiyyəti başçısının müavini Longinoz Həsənov kənd sakinlərinin sosial problemlərinin həlli ilə bağlı görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Məktəbin direktoru Bahəddin Həsənov bildirib ki, ötən əsrin 80-ci illərində inşa olunan təhsil ocağı 600 şagird üçün nəzərdə tutulub. Hazırda məktəbdə 200-dək şagird təhsil alır. Məktəbin təmiri ilə əlaqədar bir sıra rəsmi orqanlara, o cümlədən Gürcüstanın Elm, Təhsil və İdman Nazirliyinə müraciət olunub. Nazirlikdən müraciətin araşdırılacağı bildirilib.

Səfir Dursun Həsənov mövcud problemlərin Gürcüstanın dövlət və hökumət rəsmiləri, eləcə də SOCAR-ın Gürcüstan nümayəndəliyi ilə müzakirə ediləcəyini, bu problemlərin birgə əməkdaşlıq çərçivəsində həllinə çalışacaqlarını bildirib.

Tarix
2018.01.17 / 21:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla