Yuxarı

İlham Əliyevin vəzifəyə təyin etdiyi Nəcəfov kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında (PA) kadr təyinatı olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Etibar Nəcəfov administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə müdir təyin edilib.

Axar.az xəbər verir ki, Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Atası və anası müəllim işləyiblər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına "Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub. 8 dekabr 1988-ci ildə "Elmi-exniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası" mövzusunda namizədlik, 27 fevral 2004-cü ildə "Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləyib. Bakı Slavyan Universitetində "Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyində çalışıb.

70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir. ABŞ-ın bir sıra ştatlarında, Norveç, Rusiya, Türkiyə, İsveç, Macarıstan, Avstriya, Hollandiya, Qazaxstan, Gürcüstan və digər ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 2002-2005- ci illərdə fasilələrlə Nyu-Yorkun Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistrlara dərs deyib. Tədris və tədqiqat sahəsinə aid ABŞ-ın və bir neçə Avropa ölkələrinin təsis etdiyi qrantlara layiq görülüb.

Tarix
2018.01.17 / 23:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla